Məzmuna keç

Şikayət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adəmoğlunun başına gələn hər cür bəla, Rəbbindən şikayət etməsindəndir. Əbdülqədir Geylani
  • Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
  • Başını aslanın ağzına salarsan, bir gün onu qoparsa şikayət edə bilmərsən. Aqata Kristi
  • Bədbəxtlikdən şikayət edənlər, əslində, əvvəllər etdikləri səhvlərin cəzasını çəkirlər. Samuel Smayls
  • Bəxtindən şikayət etmə, bunu axmaqlar edər. Haruki Murakami
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. Nəsirəddin Tusi
  • Hər kəs yaddaşından şikayətçi, lakin qərqrlqrından razıdır. Fransua de Laroşfuko
  • Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin. Anton Çexov
  • Xalqa tənqid və şikayət etmək ixtiyar verilməlidir, gizli nifrət açıq nifrətdən təhlükəlidir. Deni Didro
  • İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. Çarlz Bukovski
  • Kədərdə gizli bir şəfqət var. Şikayət etməyənlərə, onu gülər üzlə qarşılayanlara qarşı daha az zalım olur. Reşat Nuri Güntekin
  • Qadınlar susaraq gedər. Əgər bir qadın şikayət edirsə, kişi bilməlidir ki, hələ də qadının bir ümidi var. Nə vaxt ki, ümidini kəsdisə, demək sevgisi də yaralanıb. Bir qadının qışqırıqlarından, dava salmağından qorxmaq lazım deyil. Çünki bir qadının gedişi səssizdir. Camal Sürəya
  • Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. Ömər Xəyyam
  • Şikayətləndiyiniz həyat bəlkə də başqası üçün xəyaldır. Lev Tolstoy

İstinadlar

[redaktə]
  1. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014  (azərb.)