Bağ
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar. Azərbaycan atalar sözləri/B
- Bağ sahibsiz olmaz. Azərbaycan atalar sözləri/B
- Bağ salan barın yeyər. Azərbaycan atalar sözləri/B
- Bağ vaxtı bağbanın qulağı ağır eşidər. Azərbaycan atalar sözləri/B
- Bağa bax üzüm olsun, yeməyə üzün olsun. Azərbaycan atalar sözləri/B
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Azərbaycan atalar sözləri/B
- Bağa bülbül, ainsana ağıl yaraşar. Özbək atalar sözləri
- Bağban bağban olsa, neyləyir bağ divarı?! Azərbaycan atalar sözləri/B
- Bağbanın könlü olsa, nə gəlib bağda paya?! Azərbaycan atalar sözləri/B
- Bağda ərik badam oldu, gədalar adam oldu. Azərbaycan atalar sözləri/B
- Bağda ərik var idi, salam-məlik var idi; Bağdan ərik qurtardı, salam-məlik qurtardı. Azərbaycan atalar sözləri/B
- Bağı bağban yeyər, qoyunu çoban. Azərbaycan atalar sözləri/B
- Bağı ver bağbana, yarısın yesə də. Azərbaycan atalar sözləri/B
- Bağlı bağını qıydı, bağban salxım qıymadı. Azərbaycan atalar sözləri/B
D
[redaktə]- Dağ iti gəldi, bağ itini qovladı. Azərbaycan atalar sözləri/D
- Dağ quşu dağa yaraşar, bağ quşu - bağa! Azərbaycan atalar sözləri/D
- Dağına baxar qar verər, bağına baxar bar verər. Azərbaycan atalar sözləri/D
- Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur. Erix Mariya Remark
E
[redaktə]- Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir. Fridrix Nitsşe
- Ev bağda, bağ dağda. Azərbaycan atalar sözləri/E
G
[redaktə]- Gedən bağdan gedər, bağbandan nə gedər. Azərbaycan atalar sözləri/G
K
[redaktə]- Kamil bağban çəkər bağın səfasın. Azərbaycan atalar sözləri/K
- Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
Q
[redaktə]- Qonşu paxıl olmasa, bağ çəpəri neylər?! Azərbaycan atalar sözləri/Birlik və dostluq
S
[redaktə]- Səbr ağacı hər bağda göyərməz. Azərbaycan atalar sözləri/S
T
[redaktə]- Tülkü: " Özümə görə demirəm, amma üzümsüz bağın kökü qurusun" - deyib. Türk atalar sözləri
Y
[redaktə]- Yaxşı oğul ata bağı, pis oğul ürək dağıdır. Tacik atalar sözləri
- Yamandan dağ qalar, yaxşıdan bağ qalar. Özbək atalar sözləri