Şirin
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acı dil bal satandan, şirin dil bibər satandan yaxşıdır. Türkmən atalar sözləri
- Acı şey yeyənə su da şirin gələr. Hind atalar sözləri
- Axmağın şirin qiymətindən, ağıllının acı töhməti yaxşıdır. Rus atalar sözləri
- Ağzımızda bir ət parçası var, şirin olsa şirin oluruq, acı olsa acı. Məhəmməd peyğəmbər
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
[redaktə]- Bu dünyada şirin şey, bir anadır, bir Vətən. Azərbaycan atalar sözləri/Vətən və el
D
[redaktə]- Dünya daha təhlükəsiz, daha şirin, daha ağıllı və daha gözəl bir məkana çevrilməmişdən əvvəl bütün xalqlar özlərini hesaba almalı və öz psixoloji zəiflikləri və kompleksləri ilə məşğul olmağa başlamalıdırlar. Hər bir xalq sağlam psixi sağlamlığı hədəfləməli və sağlam, psixoloji məqsədləri həyata keçirməyə çalışmalıdır. Beynəlxalq birliyə nail olmaq lazımdır və bu, təkcə qarşılıqlı etimada deyil, həm də düzgün dünya məqsədlərinə və həqiqi psixoloji anlaşmaya əsaslanmalıdır. Alisa Beyli
E
[redaktə]- Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır.Fridrix Nitsşe
Ə
[redaktə]- Əfv insanlıq dilinin ən şirin kəlməsidir. Viktor Hüqo
H
[redaktə]- Həqiqət həmişə şirin olmur. İvan Turgenev
İ
[redaktə]- İllərdir sürüb gedən bir pay alma səyi, topu topu bir dilim quru çörək döyüşü… Bəzən dayanıb baxaram bu ibrət cədvəlinə. Kimi şirin dalınca kimininsə duzu yox. Barış Manço
- İnsanın öyrənməsi vacib olan ilk dil, şirin dildir. Barış Manço
K
[redaktə]- Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən. Ernest Heminquey
Ö
[redaktə]- Ömrünün axırınadək şirin su satmaq istəyirsiniz, yoxsa dünyanı dəyişmək? Stiv Cobs
S
[redaktə]- Sevgi dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin ağrısından yaradılmışdır. Robert Burton
Ş
[redaktə]- Şirin söz baş gicəldər. Malayal atalar sözləri
- Şirin söz — şəkərdən şirin. Özbək atalar sözləri
- Şirin sözlər, şiddətli bir hirsə qarşı ən təsirli dərmandır. Esxil
- Şirin şeylər, sonu yaxşı bitən ağrılardır. Esxil
- Şirin yalandansa, acı həqiqət yaxşıdır. Özbək atalar sözləri