Məzmuna keç

Madaqaskar atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac köpək bəd olar.
  • Ac timsaha nəvaziş təsir eləməz.
  • Adamın yoluna əcinnə çıxsa yaxşıdır, nəinki yalançı.
  • Adamları sev: adamlar var-dövlətdir.
  • Adamlarla savaşmaq, səhrada tək yaşamaqdan yaxşıdır.
  • Adil adam abidə kimidir - hər tərəfdən görünür.
  • Axmaqla söz-sözə gələn ağıllı adam birinci susar.
  • Ağcaqanadı vızıldadığına görə yox, adamların qanını sorduğuna görə öldürürlər.
  • Ağıl da şana kimidir, çox düzü az götürür, çox əyrisi - lazım olmayanı.
  • Ağıllı adam həmişə hörmətlidir.
  • Ağıllı adama dəli ilə mübahisədən ancaq utanmaq qalar.
  • Ağıllı bədxah xeyirxah dəlidən yaxşıdır.
  • Atanın şərəfsizliyi uşaqların boynuna düşər.
  • Avara bir toxa axtarır və özü də yalvarır: "İlahi, elə et ki, tapa bilməyim".
  • Başqaları haqqında pis danışmağa tələsmə.
  • Bekardan işləyənə məsləhətçi olmaz.
  • Bəla qohumgilə gəlibsə, deməli, sizə də gəlib.
  • Bir adam hələ xalq deyil.
  • Bir şey alan deyilsənsə, qiymət soruşma.
  • Birə başqasının hesabına yaşar.
  • Birənin çoxluğuna sözlə də inanmaq olar, pulun çoxluğunu gərək göstərsinlər.
  • Bitki çoxdur, amma təkcə şəkər qamışı şirin olur.
  • Borclu yatağa uzanar, gözünə yuxu getməz.
  • Boş mədədən ağır şey yoxdur.
  • Cavanlıqda tənbəllik edən qocalanda cındır geyər.
  • Cücələr düyü töküləndə əvvəl qorxur, sonra sevinirlər.
  • Çoxuşaqlı yoxsul qocalıqda varlanacaq.
  • Daşa yaxşılıq edəndə, onun üstündə əyləşmək də olar.
  • Döyülməklə ağıllı olsaydılar, birinci ağıllı öküz olardı.
  • Dil ilə bütün dünyanı da əkmək olar, əl ilə bir parça torpağın öhdəsindən gəlmək çətindir.
  • Dırnağı böyük zebunun zir-zibili çox olar.
  • Doğranmış soğan bərk acıdar.
  • Dost evindən yan keçmə.
  • Dosta pislik eləmə, təzəsi çətin tapılar.
  • Dostluq alınmır, qazanılır.
  • Döyülməklə ağıllı olsaydılar, birinci ağıllı öküz olardı.
  • Duman dərələrdə dincələr, timsah dayaz sularda.
  • Düyü bal və yağ kimidir: nə qədər çox olursa, bir o qədər yaxşı olur.
  • Düyü olmasa da, qaşığı atma.
  • Düz söz şəkər qamışının gövdəsi kimidir: istər qısa olsun, istər uzun - şirindir.
  • Ehtiyatsız cavan xəstə qocadan tez ölər.
  • Evi ocaq yox, mehriban həyat qızdırar.
  • Əkinçini əkinindən tanıyarlar.
  • Ən böyük səadət - məhəbbətə görə olan nikahdır.
  • Ərlə arvad kimidirlər: səhər savaşır - axşam barışırlar, axşam savaşır - səhər barışırlar.
  • Əziyyət qoy cibə düşsün, dostluğa yox.
  • Güclü olub ehtiyatlı olmayan çox yaşamaz.
  • Güclüləri həya yıxar, zəifləri - qorxu.
  • Heyvanı oylağında sancma.
  • Həqiqətə qalib gəlmək olar, amma öldürmək olmaz.
  • Həyat yemək qoxusu kimidir: bilmirsən haçan gedir.
  • Həyatı göz yaşı ilə gözəlləşdirə bilməzsən.
  • Hökmdara nifrət eləmək, xalqa nifrət eləməkdən yaxşıdır.
  • Xasiyyətin pisini dəyişmək olar, sifətin pisini - yox.
  • Xatirə hədiyyədən qiymətlidir.
  • Xəsis pulu bədxərc üçün yığar.
  • İnamsızlıq məhəbbətə əngəldir.
  • İnsan ilandan, ilan insandan qorxar.
  • İnsan qara şüşəyə bənzəyir - içində nə var görünmür.
  • İpəklə başladığın işi, qalın sapla qurtarma.
  • istiot vurulmaqla acı olmarıq, bal yaxılmaqla - şirin; adamı işiylə tanıyarlar.
  • İşdə əllərin ağrıyanda da ac mədəni fikirləş.
  • İt qorxudan hürər.
  • Kasıb səhər gedir - deyirlər getdi oğurlamağa, axşam gedir - deyirlər getdi soymağa.
  • Kasıbı düzlüyü saxlayar.
  • Kasıblıq əyrilik deyil.
  • Kərtənkələnin balacası böyüyünə yemdir.
  • Kişini evdə uşaqlar yox, arvadın kamilliyi saxlayar.
  • Korun yuxusu bütün həyatı qədər çəkər.
  • Köhnə dərd bəla deyil.
  • Könülsüz izdivac nəhayətsiz göz yaşıdır.
  • Köpəyi aldatmaq asan deyil, adamı lap betər.
  • Qaban - yeməzdən qabaq torpağı qazıyır.
  • Qarışqa cırcıramanı tutdu: -"Yaxşı ovdur, ancaq ağıza sığmaz" - dedi.
  • Qeyrət hər bir işin öhdəsindən gələr.
  • Qocaların mahnısı göz yaşı ilə qurtarar.
  • Ququ quşu harada olsa, bir cür oxuyacaq.
  • Qul bəxtəvərliyindən deyil, acından oxuyur.
  • Qul sahibini seçmir.
  • Qulun dəfnində musiqi yerinə it hürüşməsi olar.
  • Quş çoxdur, amma yer fındığını ancaq qarğa oğurlayır.
  • Quş tələni unuda bilər, tələ quşu - yox.
  • Lampaya güc verən - yağ, odu zəif salan sudur.
  • Məhəbbət dəniz yosunu kimidir: sən ona tərəf gedərsən, o səndən uzaqlaşar; sən ondan uzaqlaşarsan, o sənə tərəf gələr.
  • Məhəbbət düyü zoğu kimidir - yerini dəyiş, yenə göyərəcək.
  • Məhəbbət hədiyyəsiz olanda tez zəifləyər.
  • Məhəbbət ipək kimidir - ölüyə bükülür, dirini geyindirir.
  • Nə ağlı var, və varı - Burnun tutub yuxarı.
  • Nişan aldığın quşu hürkütmə.
  • Oğurluğu bacaran, yalanı da bacarar.
  • Öküzün axırı ət şorbasıdır, yalanın axırı - ifşa.
  • Örtülü qab həmişə dolu güman edilər.
  • Özgə bananı yeyirmiş kimi: ağızda şirinlik, ürəkdə acılıq.
  • Özgə havasına oynama.
  • Ozgənin ürəyini qırmazdan qabaq öz ürəyini qır.
  • Pis adama heç kəsin heyfi gəlməz.
  • Rəhmdil hökmdarın hakimiyyəti, zalım hökmdarın təbəələri yoxdur.
  • Saxta dost ağır gündə üz döndərməkdən utanmaz.
  • Səadəti heç kəslə bölüşmür, amma ağır gündə hamının qapısını döyür.
  • Səfra da, böhtan da elə bir cür acıdır.
  • Səhrada quldurla da görüşmək xoşdur.
  • Söz də quş kimidir - doğulanda qanadlı doğulur.
  • Siçovul yaşamaq istəyirsə, qoy pişiyin burnunun ucunda veyllənməsin.
  • Şimşəyi görən buludu da görüb.
  • Tanınmış kasıb, tanınmış varlıdan pisdir.
  • Tək barmaqla birəni də tuta bilməzsən.
  • Timsahın yumurtası üstündə oturan toyuq özünün ən qatı düşməninə həyat vermiş olur.
  • Timsahlar savaşanda harayçılıq lazım deyil.
  • Uşaq ana üçün hər şeydən qiymətlidir, lakin döşünü dişləyəndə ana onu da özündən kənar eləyər.
  • Ürəyi xain olanın dostu olmaz.
  • Yaxşı adamlar bir atanın övladlarıdır.
  • Yaxşı dost pis qohumdan irəlidir.
  • Yaxşılığı yarılığa eləməzlər.
  • Yalan bir çürük dişdir, çəkib atmaq gərəkdir.
  • Yalan söz kandarda palçıq kimidir: hərə istəyir kənara atsın.
  • Yalan tənha olanda kök olur, şahid yanında isə arıqlayır.
  • Yalan yalançıya da ziddir.
  • Yamana kisə tikmə, yalana - anbar.
  • Yanan ocaqda hamı qızınar: ancaq külünü təkcə ev sahibəsi atar.
  • Yaşamaq fərəhli olmayanda, ölmək dərd olmur.
  • Yatan iti vurmazlar.
  • Yatmaqdan doymayan adam kasıblıqdan yaxa qurtara bilməz.
  • Yeməyə heç kimi çağırmır, işə bütün kəndi çağırır.
  • Yetim asqıranda öz-özünə sağlıq diləyər.
  • Yıxılanı vurma.
  • Yoldaşları pis olanın özü də bir şeyə dəyməz.
  • Varlı xəsis nə yığarsa, dəfni üçün yığar.
  • Varlı üçün yoxsul qohum, yad kimidir.
  • Varlını çar da hesab edərlər, kasıbı - xəspuş
  • Vuran əl sığallaya da bilər.
  • Zebunu buynuzundan, insanı dilindən tutarlar.
  • Zəifləri incidəni güclülər incidər.
  • Zülməti işıq dağıdar: dərin çayı gəmiylə üzüb keçərsən; quyuya nərdivanla düşərsən.

İstinadlar

[redaktə]