Nikkolo Makiavelli
Jump to navigation
Jump to search
A[redaktə]
- Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da, müalicə etmək asandır. O inkişaf etdiyi zaman isə onu müəyyən etmək asan, müalicə etmək isə çətindir.
B[redaktə]
- Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar.
H[redaktə]
- Hər dəyişiklik digər dəyişikliklərə yol açır.
- Hər kəs səni göründüyün kimi görür, çox az adam sənin necə olduğunu hiss edir.
- Hökmdarın ağlı haqqında mühakiməni, onun özünə yaxınlaşdırdığı insanlara görə edərlər.
İ[redaktə]
- İnsan ağlı üç növ olur: birinci kəslər hər şeyi özləri dərk edir; ikincilər birincilərin dərk etdiklərini anlayır; üçüncülər isə nə özləri bir şeyi dərk edir, nə də başqalarının dərk etdiklərini anlayır.
- İnsanlar, əgər kimsə sizə qarşı hansısa qanunsuz və ya haqsız hərəkət edibsə, sizin onlara qarşı olan cavabınız daha şiddətli olacaqdır.
- İnsanlar onları sevənləri incitməkdən daha az ehtiyyat edirlər, nəinki onların ürəklərinə qorxu salan kəsləri...
Q[redaktə]
- Qanun həmişə güclünün tərəfindədir.
M[redaktə]
- Məqsəd vasitəyə haqq qazandırır.
Ö[redaktə]
- Öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyirəm. Orada mən papalar, krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilərəm. Cənnətdə isə yalnız dilənçilər, zahidlər və apostollar məskunlaşıb.
S[redaktə]
- Sülh içində yaşamaq istəyənlər müharibəyə də hazır olmalıdırlar.
Ü[redaktə]
- Ümümi şəkildə baxanda insanlara etibar etmək düzgün deyil. Onlar sizə verdiyi sözü heç vaxt tutmazlar, əgər belə olsa o zaman sizində onlara qarşı heç bir öhdəliyiniz qalmaz.