Əgər axmaq sizə ətrafdakı hər kəsin axmaq olduğunu deyirsə, onun özünün axmaq olması faktı, onun səhv danışdığına dəlalət etmir. Əgər o desə ki, qalan hər kəs "onun kimi" axmaqdır, o zaman o, öz ağlını göstərər.
Sevgi nədir? Bütün dünyada nə insan, nə şeytan, nə də başqa bir şey məndə sevgi qədər şübhə doğurmur, çünki o, digər hisslərdən daha çox ruha nüfuz edir. Dünyada heç bir şey məhəbbət kimi qəlbi bu qədər işğal etməz, bağlamaz. Odur ki, əgər ruhda sevgini ram edən silah yoxdursa, bu nəfs müdafiəsizdir və ona nicat da yoxdur.
Sonda axmaq kimi görünməmək üçün, əvvəldən müdrik görünməməyi üstün tuturam.