Cənab Şəhabəddin
Jump to navigation
Jump to search
Cənab Şəhabəddin - türk şairi və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaq - işıqla alovu səhv salar və onu hər yandıranı günəş zənn edər.
- Ayrılıq hər məhəbbət şeirinin son misrasıdır.
Ç[redaktə]
- Çox yazan deyil, gözəl yazan qazanır.
Ə[redaktə]
- Ən çox bolluq gətirən yağış alın təridir.
G[redaktə]
- Gücünü iradəsindən alan şəxsə düşmən yaxınlaşmaz.
H[redaktə]
- Hər millət qarnında gələcək adlı bir uşaq daşıyır. O uşağı salmaq sosial cinayətlərin ən böyüyüdür.
- Həyatda ən çətin şey məqsədsiz insanlarla birlikdə yaşamaq məcburiyyətində olmaqdır.
X[redaktə]
- Xatirələr qocalan beyinlərin söykəndikləri əsadır.
- Xatirələrimiz - yaşlandıqca öz-özünə zənginləşən bir sərmayədir.
İ[redaktə]
- İnsan sevdiyindən qorxar, lakin qorxduğunu sevə bilməz.
Q[redaktə]
- Qocalanda keçmişi görürük, halbuki yaxşı baxsaq gələcəyimizi görərik.
Ö[redaktə]
- Özünü çox sevən, az sevilər.
T[redaktə]
- Təvazökarlıq yaşmağa bənzər: örtərək gözəlləşdirir.
Ş[redaktə]
- Şübhə qızdırmalı xəstəyə bənzər - yatmaz, yata bilməz, yatmağa qoymaz, yox, əgər yatsa, qorxulu yuxu görər.