Çarli Çaplin

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Çarli Çaplin

Mündəricat

A[redaktə]

  • Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz.

B[redaktə]

  • Bir adamı öldürsən qatil, milyonlarla adamı öldürsən, qəhrəmansan.
  • Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir...

D[redaktə]

  • Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq gerçək yerinizi tapın.

G[redaktə]

  • Gün sonunda etmədiklərinlə deyil etdiklərinlə mühakimə olunarsan.
  • Güzgü mənim ən yaxın dostumdur. Çünki mən ağladığım zaman, o gülmür.

Q[redaktə]

  • Qadın istənilən milyarder kişini milyonçu edə bilər.

M[redaktə]

  • Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözə baxandılar.
  • Məni anladıqları üçün, səni anlamadıqları üçün alqışlayırlar.
  • Mənim həyatımdakı ən böyük düşmən zamandır.

N[redaktə]

  • " Niyə də olmasın? Nə də olsa öz malıdır."
    • Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq.

Ö[redaktə]

  • Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir.
  • Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir.
  • Özümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir.
  • Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir.
  • Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir.
  • Özümü sevəndən sonra, mən keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissini tərgitdim. Artıq an-la yaşayıram. Artıq mən hər gündə varam. Bu gün, sabah, birigün… Bu gün bilirəm ki, buna — Bacarmaq deyilir.
  • Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir.
  • Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir.
  • Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir.

Y[redaktə]

  • Yağışda yeriməyi sevmişəm həmişə,heç kim ağladığımı görə bilmir deyə...

Z[redaktə]

  • Zaman ən yaxşı yazardır. Hər zaman mükəmməl sonu yazar.

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Wikimedia Commonsda Çarli Çaplin ilə əlaqəli mediafayllar var.

Vikpediyada Çarli Çaplin haqqında məqalə var.