Məzmuna keç

Alla Puqaçova

Alla Puqaçova
Doğum tarixi 15 aprel 1949
Doğum yeri Moskva
Vikipediya məqaləsi

Alla Borisovna Puqaçova (15 aprel 1949, Moskva) — Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti (1991). Kristina Orbakaytenin anasıdır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dostcasına verilmiş məsləhətlərdən incimək düzgün deyil.
  • Əgər bir axmağa aşiq olmusunuzsa, deməli, həyatınızın duzu az olub.
  • 50 yaşdan sonra insanın üzündə yaşı yox, mahiyyəti yazılır.
  • Əsl qadın həm su, həm də od olmağı bacarmalıdır. Mahiyyət eyni qalsa da, daim dəyişən bu prosesi müşahidə etməkdən daha əyləncəli heç nə yoxdur.
  • Əziz xanımlar, kişi ilə münasibətdə hər şeydən əvvəl siz yumor hissini itirməməlisiniz,onda hər şey yaxşı olacaq.
  • Hesab edirəm ki, məhəbbət — böyük zəhmət tələb edir. Və bu zəhmət mənim üçün xoşbəxtlikdir.
  • Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm.
  • Xoşlamıram, həm də dürüstlüyüm imkan vermir ki, yalan danışım. Odur ki, mətbuata az-az danışıram.
  • İnsanları sevə bilməyin yeganə yolu onlarla ünsiyyəti kəsməkdir.
  • İstənilən qadın aktrisadır. Əgər pis aktrisadırsa,o, həmişə uduzacaq.
  • Kişilər məndən ötrü hansı qəhrəmanlığı edib? Mənimlə evləniblər.
  • Kişiyə alt paltarı almaq hər bir qadının müqəddəs hüququdur.
  • Mən belə dərd çəkirdim: ilk 5 dəqiqə ağlayır, sonrakı 5 dəqiqədə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə isə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım.
  • Məni mənəviyyatca zənginləşdirə bilən adamlar həmişə cəlb edib. Hətta əclaf olsa belə.
  • Nə qədər ki, özümüzə səhv etməyə icazə verə bilirik, deməli, hələ gəncik.
  • Özünü sevmirsənsə, başqaları niyə səni sevsin ki? İlk növbədə özünü sev.
  • Pul o qədər çox olmalıdır ki, insan özünü alçalmış hiss etməsin.
  • Satqınlığı başa düşə bilərəm, bağışlamağı əsla.
  • Sehrli dəyənəyim olsaydı, onunla çox iş görərdim. Bəzilərinin hətta başına vurardım.
  • Sevgi qəlbin elə bir vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır.
  • Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır.
  • Səhnədən göz yaşları içində deyil, sevinc və fərəh hissiylə gedəcəyəm.
  • Səhv etmək deyil, onları özünlə daşımaq dəhşətlidir.
  • Sizə həqiqəti deyən adamlarla münasibət qurmaq lazımdır.
  • Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun.
  • Üç dəfə ərdə olmuşam, hər biri ilə çox xoşbəxt idim. Bədbəxt ərlərim idi, çünki onları səhnəyə qurban verdim.
  • Vərdiş çox çirkin ifadədir.

İstinadlar

[redaktə]