İmam Rza

İmam Riza — Əli ibn Musa səkkizinci məsum.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlın ən üstün mərtəbəsi, insanın öz nəfsini tanımasıdır.
- Ailəsini dolandırmaq üçün ruzi axtaranın savabı, Allah yolunda cihad edənin savabından daha böyükdür.
D[redaktə]
- Dostlara qarşı təvazökar, düşmənlərə qarşı ehtiyatlı, camaata gülərüz ol.
E[redaktə]
- Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq.
H[redaktə]
- Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.
X[redaktə]
- Xəsis üçün rahatlıq yoxdur, paxıl üçün sevinc yoxdur, padşahlar üçün sədaqət yoxdur, yalançı üçün mərhəmət yoxdur.
İ[redaktə]
- İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir.
- İnsanlar yeməklərini azaldıb, həddindən artıq yeməsələr, onların orqanizmi müxtəlif xəstəliklərdən əziyyət çəkməz.
- İnsanları sevmək ağlın yarısıdır.
- İşdən əvvəl düşünmək sizi peşmançılıqdan xilas edir
K[redaktə]
- Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.
M[redaktə]
- Mömin üç xüsusiyyətə malik olmadıqca mömin olmaz; Rəbbindən bir sünnə, Peyğəmbərindən bir sünnə və imamından bir sünnə. Rəbbindən olan sünnə sirri gizlətməkdir. Peyğəmbərin sünnəsi xalqla yaxşı münasibət qurmaqdır. İmamından olan sünnə bəla və çətinliklərə səbr etməkdir.
N[redaktə]
- Nadan adamın dostu əziyyətdədir.
P[redaktə]
- Peyğəmbərin sitatlarından biri də təmizlikdir.
S[redaktə]
- Səxavətli adam insanların yeməyindən yeyər ki, onun yeməyindən də yesinlər.
- Sərvətin ən yaxşısı ləyaqəti qorumaq üçün xərclənir.
- Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər.
İstinadlar[redaktə]
|