İbadət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alimin ibadət edəndən üstünlüyü aylı gecədə Ayın ulduzlardan üstünlüyünə bənzər. Məhəmməd peyğəmbər
- Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu. İmam Həsən
B[redaktə]
- Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
- Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir. Məhəmməd peyğəmbər
- Bir an elmlə məşğul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir. Məhəmməd peyğəmbər
- Bir para adamlar Allaha savab üçün ibadət edər: Bu ibadət tacirlərin ibadətidir. Bir bölük də Allaha qorxudan ibadət edər. Bu da kölələrin ibadətidir. Bir bölük isə Allaha şükr edərək ibadət edər. Bax, azad insanların ibadəti budur. Həzrəti Əli
İ[redaktə]
- İnsan Allaha ürəyiylə ibadət edər. Əbdülqədir Geylani
K[redaktə]
- Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər.[1] Fatimə
- Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur. Bertran Rassel
Q[redaktə]
- Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır. Erix Mariya Remark
S[redaktə]
- Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir. Anton Çexov
İstinadlar[redaktə]
- ↑ Tənbihul-Xəvatir, c. 2, səh. 108