Məzmuna keç

İbrahim Bin Ədhəm

İbrahim Bin Ədhəm
Vikipediya məqaləsi

İbrahim Bin Ədhəm



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Çalışın ki, Allah-təala qarşısında ürfan sahibi olasınız. İnsanın ən böyük məqsədi xeyir olmalıdır, ibadət və itaətkarlıq olmalıdır, söylədiklərinin çoxu Allah-təalaya şükrə-sənə olmalıdır.
  • Elmi əməl üçün öyrənin. Çox adamlar bu barədə yanılıblar — elmləri dağlar qədər artıb, amma əməlləri zərrə olub, zərrə də qalıb.
  • Eşitdiyimə görə, qiyamət günü insan tanıdıqlarının yanında sorğu-suala çəkiləcək. Səbəbi də odur ki, daha çox utansın.
  • Qəlbində şöhrət sevgisi daşıyanlara Allah-təala doğruluq nəsib etməz- nə biliyində, nə əməlində, nə də etdiyi yaxşılıqda.
  • Nəfsinə hakim olub bol-bol xeyirli işlər görən kəslərə o biri dünyada bol-bol əcr vardır. Bu dünyadan axirətə əməlsiz gedən kəslər o biri dünyada əliboş qalarlar.
  • Üç kimsə vardır ki, sıxıntı çəkməz – xəstə, oruclu və yolçu.

İstinadlar

[redaktə]