Məzmuna keç

Kölə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. Fridrix Nitsşe
  • Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur. Yohann Volfqanq Göte
  • Bəzən fikirlərini də dəyişməlisən, çünki sən fikirlərinin köləsi deyil, sahibisən. Namiq Kamal
  • Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
  • Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. Məhəmməd peyğəmbər
  • Böyük bir sərvət, böyük bir köləlikdir. Seneka
  • İkiüzlü adam həmişə kölədir. Romen Rollan
  • İnsan nədir? Ölümün köləsi, gəlib gedən bir səyyahdır. İnsanın mövqesi nədir? Küləkdəki bir fənərin mövqesi kimidir. Alkuin
  • İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir. Şəms Təbrizi
  • İnsanlar qanunları, ədalətin işləməsi və şiddətin onun köləsi olması üçün meydana gətirdi. Evripid
  • Kim özünü bütünlüklə nəşənin və ya kədərin ixtiyarına tapşırarsa, o, kölə vəziyyətinə düşər. Seneka
  • Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur. Bertran Rassel
  • Köləlikdən azad olmaq istəyirsinizsə, həqiqəti həmişə yanınızca gəzdirin. Blez Paskal
  • Kölənin bir ağası olur, tamahkar isə ona yardım edən hər bir kəsin köləsidir. (Ralf Emerson:Amerika şairi və filosofu)
  • Qanun kölələr üçün məcburiyyətdir, azadlar üçün ehtiyac. Demand
  • Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür. Bernard Şou
  • Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır. Alman atalar sözləri
  • Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. Deyl Karnegi
  • Pulu köləniz edin, yoxsa yoldaşınız olar. Bernard Şou
  • Sizə ağlınız hökm edirsə - padşahsınız, vücudunuz hökm edirsə - kölə! Mark Porsi Katon

İstinadlar

[redaktə]