Məzmuna keç

Namiq Kamal

Təkirdağda Namiq Kamalın abidəsi

Namiq Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən və "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biridir. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namiq Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir. İlk dramı olan "Vətən yaxud Silistrə" (1873) əsəri Krım müharibəsi (1853-1856) ərəfəsindəki hadisələri əks etdirir. Hökumət əlehinə yazılmasına görə yazıçı 38 ay müddətinə Kiprdəki Maqoz qalasında azadlıqdan məhrum edilib. Zindanda olarkən Namiq Kamal "Zavallı uşaq" (1873), "Akif bey" (1874), "Gülnihal" (1875) əsərlərini yazmışdır. "Cəlaləddin, Xarəzm şahı" (1885) dramı monqol işğalına qarşı mübarizəyə həsr olunmuşdur.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzən fikirlərini də dəyişməlisən, çünki sən fikirlərinin köləsi deyil, sahibisən.
  • İnsan cəmiyyətlərinin tərəqqi etməsi hər şeydən əvvəl dil və ədəbiyyatın tərəqqisi ilə bağlıdır.
  • İnsan nə idraksız məxluqdur! Hamı heç kəsin sağ qalmayacağını bilir, amma öz öləcəyinə inana bilmir.
  • İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur.
  • Tənbəllik ölümün kiçik qardaşı, səfillik isə həyatın böyük düşmənidir.
  • Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir.

İstinadlar

[redaktə]