II Mehmed
Jump to navigation
Jump to search
II Mehmed | |||
![]() | |||
Tam adı | Sultan Mehmed Fateh | ||
Doğum tarixi | 30 mart 1432 | ||
Vəfatı | 3 may 1481 | ||
|
Sultan Məhmət Fatih (30 mart 1432 – 3 may 1481) - Osmanlı hökmdarı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bayquşdan qorxmuruq, şahinlərik.
- Bir şəhərdə ən əhəmiyyətli üç şey : kanalizasiya, hamam və kitabxanalardır. Kanalizasiya şəhərin kirini, hamam bədənin kirini, kitabxanalar da ruhun kirini təmizləyər.
- Biz torpaqları deyil, könülləri fətf etməyə gedirik.
- Bizim gücümüzün yetdiyi yerə başqalarının xəyalı belə yetməz.
- Bütün idarə etmə sənəti iki amilə söykənir: mükafatlandırmaq və cəzalandırmaq
D[redaktə]
- Düşməni tanımaq möhtəməl təhlükələri əvvəlcədən önləməkdir.[1]
Ə[redaktə]
- Əgər sultansansa, o zaman öz ölkəni və ibadət edənləri qorumalısan, sultan deyilsənsə, hökmdara itaət etməlisən.
G[redaktə]
- Göydəki günəş bir olduğu kimi, dünyada da bir dövlət və bir din olmalıdır.
İ[redaktə]
- İdarəetmə məharəti iki ünsürdən - ədalətlə cəzalandırmaqdan və ədalətlə təltif etməkdən ibarətdir.
- İnsanın həm məhrum, həm də möhtac olduğu şeyə qovuşması onun üçün həyatda ən böyük nəşə anıdır.
M[redaktə]
- Müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır.
S[redaktə]
- Saqqalımın bir tükü də sirrimi öyrənsə, saqqalımı kökündən kəsərəm.
Y[redaktə]
- Yerində söz söyləməsini bilən üzr istəmək məcburiyyətində qalmaz.
İstinadlar[redaktə]
- ↑ Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.139