Xosrov və Şirin (Nizami)
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acizi tutmaqdan əl götürdü şir,
Şirlər aciz ovu etməzlər əsir. - Aman istəyincə qurbağalardan,
Yaxşıdır balıqtık tez qərq olasan.
B
[redaktə]- Bağlama qapını dostun üzünə.
C
[redaktə]- Ceyran çətin vaxtda şir olur bəzən.
F
[redaktə]- Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
Mərd olmaq yaxşıdır dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan.
H
[redaktə]- Hər bir dərdə qatlaş, möhkəm duraraq,
Gözlə ki, basmasın yük səni ancaq.
İ
[redaktə]- İgidlikdən deyən qoçaq adamlar,
Şir yıxıb sonradan şir adı alar.
O
[redaktə]- Oğrunun əlində olsa yüz dəhrə,
Bir qışqırsan qorxub yıxılar yerə. - Ovlamaqdan qalsa bir tülək tərlan,
Min təpik yeyəcək sərçədən hər an.
Ö
[redaktə]- Özündən alçaqla çəkin qovğadan,
Yıxıb yıxılmaqdan incik olarsan.
Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşda özü alçalar.
P
[redaktə]- Poladdan dağ olsa yenə də, inan,
Onu parça-parça dağıdar insan. Xosrov və Şirin (Nizami)
S
[redaktə]- Samantək oynasa güləndə hər kəs,
Bir dağ olsa belə saman dəyməz.
Ş
[redaktə]- Şir kimi hücum et, şirə rast gəlsən,
İt görən zamanda gəl baş qoşma sən.
Y
[redaktə]- Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.