Məzmuna keç

Pislik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acı çəkməmək üçün, eşqi rədd etmək lazımdı. Bu da həyatdakı pislikləri görməmək üçün öz gözlərini çıxarmaq kimi bir şeydi. Paulo Koelyo
  • Ad verməyə layiq olmayan bütlərə xidmət etmək, bütün pisliklərin başlanğıcı, səbəbi və sonudur. Süleyman
  • Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir. Abbasqulu ağa Bakıxanov
  • Bəziləri ana bətninə qayıdır, pislik edənlər yeraltı dünyaya, salehlər cənnətə, istəklərdən məhrum olanlar Nirvanaya çatır. Qautama Budda
  • Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır. Kəlilə və Dimnə
  • Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
  • Bütün İncil sistemində şeytan həm Ata Allahdan, həm də Oğul Allahdan daha hiyləgər və güclüdür: o, həmişə onların planlarının qarşısını almağa müvəffəq olur və Ata Allahı öz sevimli Oğlunu ölümə məcbur etmək zərurətinə çevirməyə müvəffəq olur. Şeytanın bəşəriyyətə etdiyi pisliyi düzəltmək üçün, xristianlıq həqiqi manixeyizmdir, burada hər bir üstünlük pis prinsipin tərəfindədir, o, öz tərəfdarlarının çoxluğu ilə İlahinin bütün məqsədlərini puç edir. Pol Anri Holbax
  • Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır. Viktor Hüqo
  • Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır. Viktor Hüqo
  • Dahi ilə pislik bir yerə gələ bilməz. Aleksandr Puşkin
  • Dünyada hər pislik daim cəhalətdən doğar. Alber Kamyu
  • Düşmən o kəs deyil ki, pislik edir, düşmən o kəsdir ki, pisliyi qəsdən edir. Demokrit
  • Düzgün düşünə bilmək üçün içimizdəki pislik və kindən xilas olmalıyıq. Harold Laski
  • Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Əli
  • Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər. Əli
  • İblislə insan arasındakı fərq nədən ibarətdir? Hötenin Mefistofeli deyir: “Mən, bütövün pislik istəyən, amma yaxşılıq edən hissəsiyəm”. Əfsuslar olsun ki, insan tamamilə bunun əksini deyərdi. Fyodor Dostoyevski
  • İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: " Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?" Korneliya Parker
  • Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. Əbu Turxan
  • Oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
  • Ölümün bizim üçün heç bir əhəmiyyət kəsb etmədiyinə inanmağa alışın, çünki bütün yaxşılıq və pislik hisslərdədir və hiss ölümlə başa çatır. Buna görə də ölümün bizim üçün heç bir şey olmadığına dair həqiqi inam fani həyatı ona sonsuz bir zaman əlavə etməklə deyil, ölümsüzlük arzusunu əlindən alaraq xoşbəxt edir. Çünki ölümdə qorxacaq bir şey olmadığına tam əmin olan insanın həyatda qorxacaq bir şey tapması üçün heç bir səbəb yoxdur. Deməli, ölümdən qorxduğunu deyən də axmaqdır, gələndə ağrılı olacağı üçün deyil, onu intizar çəkmək ağrılıdır; Çünki mövcud olduğu zaman heç bir yük olmayan şey, gözlənilən zaman heç bir məqsədə ağrı vermir. Buna görə də pisliklərin ən qorxulusu olan ölüm bizi maraqlandırmır; çünki biz mövcud olduğumuz müddətdə ölüm yoxdur, ölüm olanda isə biz artıq mövcud deyilik. Epikür
  • Pis adam başqalarında da həmişə pislik axtarır. Frensis Bekon
  • Pislik etmək imkanı gündə yüz dəfə, yaxşılıq etmək imkanı isə ildə bir dəfə yaranır. Volter
  • Pislik görməkdən deyil, pislik etməkdən qorxmalıyıq. Con Kolenso
  • Pisliyə son qoymağın yalnız bir yolu var- pis adamlara yaxşılıq etmək. Lev Tolstoy
  • Soyuq yoxdur! Bu sözü istilik olmayanda keçirdiyimiz hissi təsvir etmək üçün yaratdıq. Qaranlıq da yoxdur. Qaranlıq əslində işığın olmamasıdır. Qaranlıq, insanın işıq olmayanda nə baş verdiyini təsvir etmək üçün istifadə etdiyi bir anlayışdır. Pislik yoxdur! Pislik, sadəcə Allahın olmamasıdır. Pislik, insan qəlbində ilahi sevginin olmamasının nəticəsidir. Bu bir növ istilik olmayanda düşən soyuğa, işıq olmayanda isə düşən qaranlığa bənzəyir. Albert Eynşteyn
  • Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi. Əli
  • Yaxşı hərəkətlər yaxşı bəhrə verir, pislik isə şərin əvəzini verir. Çin atalar sözləri
  • “Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır”. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı – Haqqdan. Əbu Turxan
  • Yaxşılıq et. Pislik, təəssüf ki, öz-özünə yaranacaqdır. Fyodor Uqlov
  • Yaxşılığı həddində elə, pisliyi heç eləmə. İndoneziya atalar sözləri
  • Yaxşılığı yaxşılıqla, pisliyi də ədalətlə qarşıla. Konfutsi

İstinadlar

[redaktə]