Alfred de Müsse

Alfred de Müsse (11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852).
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bağışlaya bilmirsinizsə, unutmağa çalışın.
- Bəli, qadınlar, heç bir səhv yoxdur, sizə ölümcül bir güc verildi; Bir təbəssüm kifayətdir ki, yüksələsən və ya düşəsən.
- Bir addım atmamışdan əvvəl iyirmi il tərəddüd edə bilərsiniz, amma artıq addım atıldığında geri çəkilə bilməzsiniz.
- Bir qadına dünyanın ən gözəl gözlərinə sahib olduğunu söyləsəniz, o, ayaqlarının heç də pis olmadığını qeyd edər.
- Böyük xatirələr zehnimizə kiçik qapılardan girir.
- Böyük iztirablar qədər bizi yetkinləşdirən bir şey yoxdur.
- Böyük sənətkarların vətəni yoxdur.
D[redaktə]
- Dostlarını sevənlər həmişə işıqlı mühitdə yaşayırlar.
Ə[redaktə]
- Əgər qadın imtina etmək istəyirsə, yox deyir. Bir qadın izahatlara girərsə, inandırmaq istəyir.
- Əgər pisliyə inanırsansa, deməli bunu etmisən.
- Ən qiymətli göz yaşları eşqin vergisidir.
- Ən pis düşməninizin üzünüzə deyə biləcəyi bütün bəlalar, ən yaxşı dostlarınızın arxanızca sizin haqqınızda dedikləri ilə müqayisədə heç bir şey deyil.
H[redaktə]
- Heç bir şey düşmənçilik hissi qədər sürətlə yüksəlmir.
- Həyat yuxudur, sevgi isə bir xəyaldır.
İ[redaktə]
- İnsan bir şagird iztirablar isə onun müəllimidir. Bir insan iztirab çəkməyincə öz-özünü tanıya bilməz.
- İş günləri! Onlar mənim yaşadığım yeganə günlərdir.
Q[redaktə]
- Qeyri-müəyyənlik bütün işgəncələrin ən şiddətlisidir.
Ö[redaktə]
- Ömür yuxu, sevgi isə onun röyasıdır.
N[redaktə]
- Nə vaxtsa sevmiş hər kəs bir çapıq daşıyır.
R[redaktə]
- Rəssam tacirdir, sənət isə onun ticarətidir.
S[redaktə]
- Sevdiyin zaman yoxluq və zaman heçdir.
- Sevgi haqqında zarafat etməyin.
Ş[redaktə]
- Şeir kədərlərin ən şirinidir.
T[redaktə]
- Tez-tez əziyyət çəkmişəm, bəzən səhv etmişəm; amma sevdim. Mənim yaşadığım, qürurum və cansıxıcılığımla yaradılan qondarma bir varlıq deyil.
Y[redaktə]
- Yalnız özü üçün yaşayan insan pis yaşayır.