Nəticə

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
  • Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
  • Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. Bencamin Franklin
  • Aristotel yanılırdı: fəlsəfə biliyə olan nəcib istəyin deyil, qorxaqcasına ağrıdan qaçmaq istəyinin nəticəsi idi. Buna görə də dinin astanası cəhalət və qorxu idi ki, yetkin, maariflənmiş insan onu dəf etməli idi. Pol Anri Holbax
  • Avropa xalqları ailəsini bəşəriyyətin sabit bir hissəsi əvəzinə təkmilləşən nə etdi? Onlarda, mövcud olduqda səbəb kimi deyil, nəticə olaraq mövcud olan heç bir üstün mükəmməllik yoxdur; lakin onların əlamətdar xarakter və mədəniyyət müxtəlifliyi. Fərdlər, siniflər, millətlər bir-birindən son dərəcə fərqli idilər: onlar hər biri dəyərli bir şeyə aparan çox müxtəlif yollar açdılar; və hər dövrdə müxtəlif yollarda səyahət edənlər bir-birlərinə qarşı dözümsüzlük göstərsələr də və qalanların hamısı öz yolu ilə getməyə məcbur edilsəydi, bunu əla bir şey hesab edərdilər, lakin onların bir-birinin inkişafına mane olmaq cəhdləri nadir hallarda baş verirdi. Hər hansı bir daimi uğur və hər biri digərlərinin təklif etdiyi yaxşılığı almaq üçün vaxt keçdikcə dözdü. Avropa mənim fikrimcə mütərəqqi və çoxşaxəli inkişafı üçün bu yolların çoxluğuna tamamilə borcludur. Lakin o, artıq bu faydanı xeyli az dərəcədə əldə etməyə başlayır. O, qətiyyətlə bütün insanları eyniləşdirmək kimi Çin idealına doğru irəliləyir. Con Stüart Mill

B[redaktə]

  • Bir dəfə müdrikdən soruşdular: " Nə üçün ilanı müdriklik rəmzi sayırlar?". Müdrik dedi: "Çünki ilan həqiqət kimi çalır və çox vaxt onun çalmasının nəticəsi ölüm olur". Platon

D[redaktə]

  • Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir. Albert Eynşteyn

E[redaktə]

  • Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır. Fransua de Laroşfuko

Ə[redaktə]

  • Əgər beynimdə min fikir varsa və bunlardan biri doğrudursa, bu nəticə məni qane edir. Alfred Nobel

K[redaktə]

  • Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox. Frensis Bekon

Q[redaktə]

  • Qəşəng sözlər yalnız işlə möhkəmləndikdə gözəl nəticə verər. Kəlilə və Dimnə
  • Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər). Nəsirəddin Tusi

N[redaktə]

  • Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz. Əbu Turxan

Ö[redaktə]

  • Öz səhvlərindən nəticə çıxarmağı bacaran şəxs xoşbəxtliyə çata bilər. Sokrat

R[redaktə]

  • Riyaziyyatçılar aşiqlər kimidir. Onlardan birinə ən kiçik bir qanunu verin, o ondan bir nəticə çıxaracaq, təbii ki bu nəticəni qəbul etməniz lazım olacaq, o da bu nəticədən başqa bir nəticə çıxaracaq. - Nikolas Kopernik

Y[redaktə]

  • Yaxşı qərar təcrübənin nəticəsi, təcrübə isə pis qərarların bəhrəsidir. Uolter Riston

Z[redaktə]

  • Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi