Robert Berns
Görünüş
Robert Berns (1759 - 1796) - şotland şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azadlığı sevməyən insan yoxdur; intəhası ədalətli insan bu azadlığı hamı üçün, ədalətsiz insan isə yalnız özü üçün tələb edir.
B
[redaktə]- Bizə elə bir güc ver ki, özümüzü başqalarının bizi gördükləri kimi görə bilək.
H
[redaktə]- Həyatın məqsədi məqsədyönlü yaşamaqdır.
Q
[redaktə]- Qadınlar qorxanda daha təhlükəli olurlar.
M
[redaktə]- Mən uşaqlığım çağında anamın - cahilliyi, inanclılığı və mövhumatı ilə seçilən qoca bir xidmətçisinə çox şeyə görə borcluyam. O, qraflığın ən böyük kolleksiyasına - şeytanlar, kabuslar, pərilər, elflər, cadugərlər, ruhlar, xəyallar, sehrlər haqqında hekayələr və mahnılar, nəhənglər, ovsunlu qüllələr, əjdahalar və digər pisliklər toplusuna sahib idi. Bütün bunlar məndə şeirin gizli toxumlarını yaratdı.
Z
[redaktə]- Zövqlər xaşxaş kimidir - çiçəyə toxunmaq kifayətdir, ləçəklər tökülür; ya da çaya düşən qar kimi: bir an ağarır, bir an sonra əbədi olaraq yox olur.