Məzmuna keç

Təhlükəli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən krallıqlara, bəyliklərə və respublikalara ziyan vuran saysız -hesabsız fəlakətlər olsa da, ən təhlükəli, mənim fikrimcə, dörddür: ixtilaf, ölüm, torpaq səmərəsizliyi və sikkə azalması. İlk üçü o qədər açıqdır ki, bundan xəbəri olmayan heç kim yoxdur, lakin sikkəyə aid olan dördüncünü az adam və yalnız ən dərin düşüncəli insanlar fərq edir, çünki bu dərhal və şiddətə səbəb olmur. Dövlətlərin çöküşü, onları tədricən görünməz hala gətirir. Nikolay Kopernik
  • Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur. Aristotel
  • Axmaqdan təhlükəli düşmən yoxdur. Yapon atalar sözləri
  • Ailədə hökm sürən ruh itlərə də sirayət edir. Belə ki, qəzəbli insanın qəzəbli, təhlükəli insanın isə təhlükəli iti olur. Hətta itlərin əhval-ruhiyyələrinin dəyişməsi insanların əhval-ruhiyyələrinin dəyişməsini təsir edir. Artur Konan Doyl
  • 60-cı illər mənim üçün geriyə dönüşü olmayan nöqtə oldu. Mən “Çelsi” otelində (Nyu-York oteli — müxtəlif illərdə burada Bob Dilan, Cenis Coplin, Sid Vişes, Dilan Tomas və başqaları yaşayıb — Esquire) yaşayırdım, bura elə məkandı ki, partilərdəki kartof çipsləri çox təhlükəli ola bilərdi. Həqiqi təhlükəni nəzərdə tuturam — çünki çipslərə sulfat turşusu hopdurula bilərdi. Yadımdadır bir dəfə necə oldusa parti keçirilən bir nəfərin otağına girdim və bir neçə çips yedim. Sonrakı 4 gün ərzində mən öz otağımı tapmağa çalışmışdım. Leonard Koen
  • Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas
  • Azacıq səmimiyyət təhlükəlidir, daha çoxu isə ölümcüldür. Oskar Uayld
  • Bilmədiyini bilmək ən yaxşısıdır. Bilməyib də bildiyini sanmaq təhlükəli bir xəstəlikdir. Lao-tszı
  • Bir kişinin nə qədər təhlükəli olduğunu görmək üçün matç izlərkən kanalı dəyişdirmək kifayətdir. Bob Dilan
  • Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır. Fransua de Laroşfuko
  • Birjada oynamaq üçün ən təhlükəli ay oktyabr ayıdır. Sonrakı təhlükəli aylar bunlardır: iyul, yanvar, sentyabr, aprel, noyabr, may, mart, iyun, dekabr, avqust və fevral. Mark Tven
  • Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər. Yohann Volfqanq Göte
  • Cəmiyyətdə xarakteri olmayan bir insandan daha təhlükəli bir şey yoxdur. Jan Leron Dalamber
  • Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
  • Dindəki səhvlər təhlükəli, fəlsəfədəki səhvlərsə yalnız gülüncdür. Devid Yum
  • Dünya; pislik edənlər deyil, tamaşaçı qalıb heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir. Albert Eynşteyn
  • Düşmənin zəifliyindən öz xеyrinizə istifаdə еtmək imkаnını əldən vеrməyin. Digər tərəfdən, оnun çоx təhlükəli оlduğunu bildikdə gеri çəkilin və оnu аrаdаn qаldırа biləcəyiniz vаxt qаyıdın. Atilla
  • Fərdi səviyyədə qadınlar evdən kənarda işləməlidirlər və mümkündündürsə, ailə qurmamalıdırlar. Mən Sartrla evlənə bilərdim, ancaq bunu etməyərək düzgün qərar verdiyimizə inanıram. Evliliyin qadınlar üçün təhlükəli olduğunu düşünürəm. Simona de Bavuar
  • Haqqları və zövqləri əlindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanları qoyur. Jan Jak Russo
  • Heç bir təhlükəli düşüncə yoxdur; düşünmək özlüyündə təhlükəlidir. Hanna Arendt
  • Heç vaxt Rusiyaya qarşı getməyin. Sizin, hər hansı bir hiylənizə o, ağlasığmaz və sizin üçün son dərəcə təhlükəli olan axmaqlıqla cavab verəcək.[2] Otto fon Bismark
  • Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən. Oşo (Çandra Mohan Racniş)
  • Hər bir millətin içində əlli, ya altmış şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır. Onore de Balzak
  • Hətta qorxaqlar üçün əlçatan olan nigah yeganə və təhlükəli macəradır. Volter
  • İnsanlar ildırımsız tufandan çox qorxmurlar. Təhlükəli olan isə ildırım yox, şimşəkdir. Jül Vern
  • Qadın iki halda daha təhlükəli olur: kişi onu qane etməyəndə və onu qane etdikdə. Qabriel Laub
  • Qadının yalnız gözəl və gənc olduğuna görə öz taleyini onun taleyi ilə bağlamaqdan təhlükəli heç nə yoxdur. Vissarion Belinski
  • Qadınlar qorxanda daha təhlükəli olurlar. Robert Berns
  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
  • Məktubda ifadə olunan sevgi təhlükəli, həm də faydasızdır. Aleksandr Düma (oğul)
  • Məlumatın azı təhlükəli isə təhlükədən uzaq dayanacaq qədər çox şey bilən adam hardadır? Oldos Haksli
  • Mən bir qadın kimi mənə aşiq olan kişiləri qəbul etmirəm. O axmaqlıq edir və təhlükəli olur. Məni qadın kimi sevən, yaxud özünü aşiq kimi göstərən kişilərlə hər cür əlaqəni kəsirəm. Birincisi ona görə ki, onlar məni bezdirir. İkincisi, onlardan hər an adama cuma biləcək quduz itlərdən qorxduğum qədər qorxuram. Ona görə də mən onları sağalana qədər mənəvi karantində saxlayıram. Gi de Mopasson
  • Mən tamamilə güman edə bilərəm ki, qəhrəman bir qadın xilas olmaq üçün qaçarkən sonda dolama və təhlükəli dağ cığırında ola bilər. Az ehtimal olsa da, amma yenə də mümkündür ki, o, uçurum üzərindəki körpüyə ayaq basanda körpü uçacaq. Müstəsna olaraq az ehtimal var ki, o, son anda ot kökündən yapışacaq və uçurumdan asılı qalacaq və mən belə bir imkanla razılaşa bilərəm. Lap çətin olsa da, inanmaq olar ki, yaraşıqlı bir kovboy bu anda oradan keçəcək və bədbəxt qadına kömək edəcək. Amma bu anda kamerası olan operator bütün bu həyəcanlı hadisələri kamerasına çəkməyə hazır olacaq, mən buna inanmaram! Nils Bor
  • Mənim adım Salvador Xilaskardır. Çünki, mənim vəzifəm dözməyə məcbur olduğumuz təhlükəli texnikalar və bacarıqsızlıq dövrlərində incəsənəti boşluqdan xilas etməkdir. Salvador Dali
  • Ömrün ən təhlükəli dövrü gənclikdir. Corc Bayron
  • Risk etməkdən qorxmaq çox zaman ondan da təhlükəli uduzmalarla nəticələnir. Rahid Ulusel
  • Rus insanının barışmaz, təhlükəli bir düşməni var. Bu düşmən olmasaydı, o çox əzəmətli bir insan olardı. Bu düşmənin adı tənbəllikdir. Nikolay Qoqol
  • Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir. Xalid Hüseyni
  • Sərxoş həkim, savadsız aktyor, təcrübəsiz brəhmən, qorxaq döyüşçü, pisniyyətli ağa, axmaq nökər, xaotik ölkə, öz uşaqları ilə fəxr edən, amma xəyanətkar qadın təhlükəli olduğu kimi, hökmdarın ətrafındakı pisniyyətli nazirlərdən müdrik insanlar əziyyət çəkir. Çanakya
  • Sinoplu Diogendən soruşanda ki "ən təhlükəli heyvanlar hansılardır?", o belə cavab vermişdi: "Vəhşi heyvanlardan böhtançılar, ev heyvanlarından isə yaltaqlar." Sinoplu Diogen
  • Terrorizm - mükəmməl fakt və reallıqdır. Və ən təhlükəli odur ki, bununla məşğul olanlar onu əsaslandırılmış sayırlar. Muəmmər Qəddafi
  • Təhlükəli bir dövrdə yaşayırıq, insan özünə hökm etməyi öyrənmədən təbiətə hökm etməyi öyrəndi. Albert Şveytser
  • Təhlükəli işin axırı yaxşı qurtarsa da, yenə də təriflənməməlidir. Ərəb atalar sözləri
  • Yəhudi əleyhdarlığı, irqçi şovinizmin həddindən artıq bir növü olaraq, adamyeyənliyin ən təhlükəli əsəridir. İosif Stalin
  • Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir. Fyodor Uqlov
  • Zəmanəmiz hətta partlayıcı maddədən də təhlükəli olan sözlə qorxulu oyunlar oynamaqdadır. Alfons Dode

İstinadlar

[redaktə]
  1. Aforizmlər. Bakı, 2013 səh.28.
  2. Xəzinə. Bakı, 1997, səh.92