İmkan

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Acıma – bu, hər bir fərddə eqoizm hissini öldürərək, bütün nəslin qarşılıqlı saxlanmasına imkan yaradan təbii bir hissdir. Jan Jak Russo
  • Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
  1. Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
  2. Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
  3. Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
  4. Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
  5. Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
  6. Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
  7. Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
  8. Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
  9. Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar. Deyl Karnegi
  • Alkoqol - həyat adlanan şey üzərində əməliyyat aparmağa imkan yaradan anesteziyadır. Corc Bernard Şou
  • Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən. Mel Qibson
  • Atdığınız yumruğa cavab verməyən adamdan çəkinin: O həm sizi bağışlamaz həm də özünüzü bağışlamanıza imkan buraxmaz. Corc Bernard Şou
  • Avaraya çörək vermə, amma başqalarına qara yaxmağa, mühakimə etməyə imkan ver. O, həmişə öz dəyərsizliyinə bəhanə tapmağa hazır olur. Leonardo da Vinçi

B[redaktə]

  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
  • Bilik nə qədər dövrlərə nəzər salmağa imkan yaradır. Uinston Çörçill
  • Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik. Əbu Turxan
  • Bütün həyatım boyu mənim əsas həzzim və yeganə məşğuliyyətim elmi iş və ondan irəli gələn həyəcan olub ki, o da mənim pis əhvalımı bir müddət unutmağa və ya tamamilə aradan qaldırmağa imkan vermişdir. Çarlz Darvin

D[redaktə]

  • Düşməndən şəxsi faydanız üçün necə istifadə etmək lazım olduğunu bilin. Sizi yaralaya biləcək qılıncın tiyəsindən yox, dəstəyindən yapışmağı öyrənmək lazımdır - bu, özünüzü müdafiə etməyə imkan verəcək. Müdrik öz düşmənlərindən daha çox fayda alar, nəinki axmaq öz dostlarından. [1] Baltazar Qrasian

E[redaktə]

  • Ehtiras insana imkan vermir ki, yesin, yatsın, işləsin, rahatlığını əlindən alır. Çoxları qorxur, çünki o, yaranan zaman əvvəlki və öyrəşdiyimiz hər şeyi yıxıb dağıdır. Paulo Koelyo
  • Elə anlar var ki, onlar heç vaxt yaddan çıxmır, Livanda fanatik terrorçular tərəfindən qətlə yetirilmiş əsgərlərimizin ölümü kimi. Belə hadisələri yaşaya bilməyi öyrənməlisən. Amma sizə onu demək istəyirəm ki, hər səhər yuxudan oyananda mənə bu ölkəyə xidmət etmək kimi bir imkan verdiyinə görə tanrıya şükür deyirəm. Ronald Reyqan
  • Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe

Ə[redaktə]

  • Əgər sən özünü qəzəbə öyrətmək istəmirsənsə, hər vasitə ilə öz qəzəbini boğ və hirslənmək vərdişinin yaranmasına imkan vermə. Qəzəbə yalnız başlanğıcda qalib gəlmək olar. Ralf Uold Emerson
  • Əqrəbə imkan versən, bütün gecəni səhərə qədər sancar. Teluqu atalar sözləri

C[redaktə]

  • Cəmiyyətin bütün dəyəri bir fərdin rifahı üçün yaradılan imkanlara görə ölçülür. Albert Eynşteyn

Ç[redaktə]

  • Çətinliklərin və problemlərin arasında əlverişli imkan gizlənir. Albert Eynşteyn
  • Çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi onun gözündən salmalı; qarınqululuq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Başa salmaq lazımdır ki, bəzək-düzəkli paltarlar qadınlar üçündür, ağıllı kişilər, böyük adamlar həmişə sadə geyinirlər. Nəsirəddin Tusi

Ə[redaktə]

  • Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq. Culian Smit
  • Əqrəbə imkan versən, bütün gecəni səhərə qədər sancar. Teluqu atalar sözləri

F[redaktə]

  • Fəlsəfə inanılanı anlamağa çalışmaqdır. İnam bizə anlaşılmaz bir şeyin olduğunu başa düşməyə imkan verir. Anselmus

G[redaktə]

  • Getdikcə daha tez-tez belə bir qənaətə gəldim ki, seks, narkotik kimi, reallıqdan qaçmaqdır, dərdləri unutmağa və rahatlamağa imkan verir. Və bütün stimullaşdırıcılar kimi, zərərlidir və insanın qüvvəsini itükəndirir. Paulo Koelyo
  • Gülümsəməyiniz sizə ətrafınızdakı insanlara özlərini rahat hiss etməyə imkan verən müsbət bir sima verir. Les Braun

H[redaktə]

  • Haqsızlıq etməyən hörmətə layiqdir. Başqalarının haqsızlıq etməsinə imkan verməyən isə ikiqat hörmətə layiqdir. Platon
  • Heç vaxt imkan verməyin ki, tələbələriniz özlərini laborant hiss etsinlər. Ceyms Uotson
  • Həndəsə bizim əqli qabiliyyətimizi inkişaf etdirməyə, düzgün düşünməyə və doğru fikir yürütməyə imkan verir. Qalileo Qaliley
  • Hər bir insanda günəş var. Yalnız imkan verin ki, o, işıq saçsın. Sokrat
  • Hər bir vətəndaş imkan daxilində öz səylərini öz dövləti üzərində hökmranlıq etmək gücündə olmağa yönəltməlidir. Aristotel
  • Həyatda olduğunuz müddətcə, ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. Əbdülqədir Geylani
  • Həyatın bu qədər qısa olmasını qəti olaraq bilmirəm. Əlbəttə ki, darıxıdırcı olmasın deyə Tanrı da həyatı Puşkin şeirinin son və təvazökar formasındakı bədii əsər kimi yaratmışdır. Yığcamlıq, bədiiliyin birinci şərtidir. Amma həyat kimin üçün darıxıdırıcı deyilsə, ona imkan vermək lazımdır ki, çox yaşasın. Fyodor Dostoyevski
  • Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi

X[redaktə]

  • Xainə etibar etmək onun zərər vurması üçün imkan yaradır. Latın atalar sözləri
  • Xoşlamıram, həm də dürüstlüyüm imkan vermir ki, yalan danışım. Odur ki, mətbuata az-az danışıram. Alla Puqaçova

İ[redaktə]

  • İmkan vermə ki, özünün əldə edə biləcəyin bir hüququ sənə versinlər... Fridrix Nitsşe
  • İmkan verin ki, uşaqlıq elə uşaqlıqda da yetkinləşsin. Jan Jak Russo
  • İnam bizə anlaşılmaz bir şeyin olduğunu başa düşməyə imkan verir. Anselmus
  • İnanc, anlaşılmaz bir şeyin olduğunu anlamağa imkan verir. Anselmus
  • İnsanın yığdığı var-dövlətdən faydalana bilməməsinin səbəbi elə onun varlanmasına imkan açan qabiliyyətlərdir. Antuan de Rivarol
  • İntuisiya dəqiq biliyi üstələyən bir şeydir. Şübhəsiz ki, beynimiz çox həssas sinir hüceyrələrinə malikdir və bu, məntiqi nəticələrin və ya zehni səylərin müəyyən edə bilmədiyi həqiqətləri hiss etməyə imkan verir. Nikola Tesla
  • İstənilən ixtira və kəşf insanların şüurunda silinməz iz qoyur. Bu ümid etməyə imkan verir ki, gələcək nəsillərdə mədəniyyəti dəyişdirə bilən, onu daha yaxşı edən və mükəmmələşdirən insanlar daha çox olacaq. Alfred Nobel

J[redaktə]

  • Jurnalistləri sevirəm! Onlar da əhalinin gic olmasına imkan yaradır və bu işin öhdəsindən məharətlə gəlirlər. Salvador Dali

Q[redaktə]

  • Qadın fokuslarından və hiylələrindən başı çıxan adam özünün incidilməsinə imkan verməz. O.Henri
  • Qadının ona əzab verməsinə imkan verən kişi nə kişidir, nə də qadın, sadəcə heç kimdir. Napoleon Bonapart
  • Qarşıqlıqda sadəlik, ixtilafda harmoniya, çətinliklərdə isə imkan tapın. Albert Eynşteyn
  • Qətiyyət və iradə çox vaxt zəif ağlın özündən güçlü ağıl üzərində üstünlük qazanmasına imkan verir. [2] Uilyam Vert
  • Qızılgülü görmək üçün gözləri olana tikanları görməyə imkan ver. Rabindranat Taqor

M[redaktə]

  • Məgər imkan vermək olarmı ki, kimsə tualetdə görüləsi işi görməyə-görməyə orada boş-boşuna otursun. Den Syaopin
  • Məlumatın məqsədi; insanı məlumatsızlıq və boş inanclardan Tanrı və ölüm qorxusundan qurtarmaqdır. Və bu olmadan xoşbəxt olmağa imkan yoxdur. Epikür
  • Mən hadisələri idarə edə bilməyəndə, hadisələrin özünü idarə etməsinə imkan verirəm. Henri Ford
  • Mən heç vaxt məktəb məşğələlərinin təhsilimə əngəl olmasına imkan vermədim. Mark Tven
  • Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. Əbu Turxan
  • Miltiadın müzəffəriyyətləri mənə yatmağa imkan vermir. Femistokl
  • Musiqi mənim üçün terapiyadır. Əvvəllər yaşadığım hər mənfi şeyə qarşı mənim çıxışımdır. Mənə pis bir şeyi gözəl bir şeyə çevirməyə imkan verir. Emi Li

N[redaktə]

  • Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə! Xudu Məmmədov

Ö[redaktə]

  • Ötən əsrin hadisələrlə dolu, artan dəhşəti, bunu bəşəriyyətin çoxəsrlik epiloguna giriş kimi şərh etməyə imkan verir: ulduzlar qocalır və .. Leonid Leonov
  • Özümüz imkan verməsək kimsə bizə təzyiq göstərə bilməz.[3] Eleanora Ruzvelt

P[redaktə]

  • Pessimist hər imkanda bir çətinlik, optimist isə hər çətinlikdə bir imkan görür. Uinston Çörçill

R[redaktə]

  • Rəhbərliyiniz altında işləyənlərin özlərini hədsiz rahat hiss etməsinə, yerlərində həddindən artıq möhkəmlənməsinə imkan verməyin. Buna görə də həmişə onların gözlədiklərinin əksinə hərəkət edin. Qoy həmişə narahatlıq keçirib, sizə tərəf boylansınlar. Henri Ford

S[redaktə]

  • Söz, iqtidarı yaradır və hərəkətə keçirir, onu gücləndirir ancaq eyni zamanda da yorur, zəiflədir və silinməsinə imkan yaradır. Mişel Fuko
  • Sual vermək çox vacibdir. Maraq insana təsadüfən verilməmişdir. Ağıllı insanlar həmişə suallar verirlər. Həlli tapmaq üçün özünüzdən və digər insanlardan soruşun. Bu, sizin yeni bir şey öyrənməyinizə kömək edəcək, səviyyənizin təhlil edilməsinə imkan verəcəkdir. Albert Eynşteyn

Ş[redaktə]

  • Şamınızı necə söndürəcəyinizi bilirsinizsə, başqasının onu üfürməsinə imkan verməyin. Belçika atalar sözləri

Y[redaktə]

  • Yoxsulluq bir biçinçidir: içimizdəki bizi başqaları ilə ünsiyyət qurmağa imkan verən hər şeyi yığır və hisslərimizi təmizlənmiş vəziyyətdə boş qoyur ki, bu günün bütün qaranlıqlarına dözə bilək. Müriel Barberi

Ü[redaktə]

  • Üç şey heç vaxt geri qayıtmır: zaman, söz, imkan. Ona görə də vaxtı itirmə, sözlərini seç, imkanı əldən vermə. Konfutsi
  • Ümid gözləməyə imkan verir, amma həyat həmişə yaşamağa imkan vermir. Qaraçı atalar sözləri

İstinadlar[redaktə]

  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.25
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.233
  3. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.108