Eleanora Ruzvelt
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır.
D[redaktə]
- Dahi ağıllar ideyaları, orta ağıllar hadisələri, alçaq səviyyəli ağıllar isə insanları müzakirə edir.
E[redaktə]
- Edə bilməyəcəyinizini düşündüyünüz şeyləri etməyə çalışmalısınız.
H[redaktə]
- Heç kim sənin özünün razılığı olmadan səni alçalda bilməz.
- Həmişə bir şeyi yadda saxla ki, sənin şəxsiyyət olmağa haqqın yoxdur. Bu sənin öhdəliyindir.
X[redaktə]
- Xarakterin formalaşması uşaqlıq illərindən başlayır və insanın öldüyü ana qədər davam edir.
- Xoşbəxtlik – həyatımızın əsas məqsədi olmalı deyil.
İ[redaktə]
- İnsanın özü ilə dostluq etməsi çox vacib amildir. Əgər özünlə dostluq etməsən, başqa heç kimlə də dostluq edə bilməyəcəksən.
Q[redaktə]
- Qaranlığı lənətləməkdənsə, bir şam yandırın.
M[redaktə]
- Mən həmişə yoldaşıma deyirəm ki, mənə nəyisə başa sala bilsən, onda səni hər kəs dəqiqliklə başa düşəcək.
- Mənə elə gəlir ki, bir ana uşağını dünyaya gətirdiyi an övladı üçün diləyəcəyi yeganə şey “hər şeyə maraq göstərməsi” olar.
R[redaktə]
- Razılığınız olmadan heç kimsə özünüzü əhəmiyyətsiz, fərsiz biri kimi hiss etmənizə yol aça bilməz.
Ü[redaktə]
- Ürəyin nəyi əmr edirsə onu et. Onsuz da hər bir halda səni tənqid edəcəklər. Sən bunu etsən də, səni mühakimə edəcəklər, etməsən də.
Y[redaktə]
- Yoxsulluq çox bahalı bir lüksdür, xərcini qarşılaya bilmərik.