Məzmuna keç

Leonardo da Vinçi

Leonardo da Vinçi
Doğum tarixi 15 aprel 1452
Doğum yeri Ankiano
Vəfat tarixi 2 may 1519
Vəfat yeri Klo-Lyuse
Dəfn yeri Ambuaz şatosu
Vikipediya məqaləsi

Leonardo di ser Piero da Vinci (ital. Leonardo di ser Piero da Vinci; 15 aprel 1452 – 2 may 1519) — İtalyan rəssamı (rəssam, heykəltəraş, memar) və alimi (anatomiya, təbiətşünaslıq üzrə), ixtiraçı, yazıçı, musiqiçi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlara yaxşılıq etmək, dənizə su tökmək kimidir.
  • Axmaqların arasında ikiüzlü, riyakar adlanan müəyyən bir təriqət var və onlar daim özlərini və başqalarını, daha çox isə başqalarını aldatmağı öyrənirlər. Əslində isə, onlar özlərini başqalarından daha çox aldadırlar.
  • Ağılsızlıqla müşayiət olan cəsarət özündə dəyanətdən çox dəliliyi birləşdirir.
  • Ana dilimdə o qədər sözlərim var ki, ağlımdakı anlayışı yaxşı ifadə edə biləcəyim sözlərin olmamasından daha çox şeyləri yaxşı başa düşmək məni ağrıdır.
  • Anlamaq üçün özümü məhv etdim. Anlamaq sevməyi unutmaqdır.
  • Atanın xidmətləri oğula aid deyil.
  • Avaraya çörək vermə, amma başqalarına qara yaxmağa, mühakimə etməyə imkan ver. O, həmişə öz dəyərsizliyinə bəhanə tapmağa hazır olur.
  • Aydın təsəvvürə malik olmadan heç bir şeyi nə sevmək, nə də ona nifrət bəsləmək olmaz.
  • Başqasını təhqir edərkən sən özünü düşünmürsən.[1]
  • Biliyimiz hisslərimizin bizə çatdırdığı şeylərdən qaynaqlanır.
  • Bir gecədə varlanmağa çalışanlar heç vaxt heç nəyə nail ola bilməzlər
  • Bir hində toyuqlar bir-biri ilə sülh və əmin-amanlıqda yaşayır, amma iki xoruz heç vaxt bir-biri ilə yola getmir. Çünki, onların təbiəti belədir.
  • Bir gün içində zəngin olmaq istəyən bir il içində asılmiş olacaq.
  • Bir qapı bağlıdırsa, digəri açılır.
  • Bircə həqiqət var ki, o da dində deyil, elmdədir.
  • Biz bu dünyanı tərk edəndə və bizi torpağa tapşıranda, bizim də, knyazın da dəfn edildiyi yer bir parça eyni torpaqdan ibarət olur.
  • Bizim hər birimiz öz işlərimizin övladıyıq.
  • Böyük dahilər bəzən az işləyəndə daha çox iş görürlər.
  • Böyük insanlar böyük yaxşılıqlar etməyə qadirdirlər.
  • Bulağa gedə bilən su qabına getməməlidir.
  • Bütün biliklər hisslərdən başlayır.
  • Bütün elmlər boşdur və səhvlərlə doludur, onlar Təcrübədən doğulmur, bütün Biliyin anasıdır.
  • Bütün oxucuları məmnun edəcək bir əsər yazmaq tamamilə mümkün deyil.
  • Cahillik sizi heç nəyə nail olmaqdan, məyusluq və depressiyaya düşməkdən çəkindirəcək.
  • Cəsarətli ürəkdə bütün çətinliklər qırılır.
  • Çəkdiyim hər rəsm öz həyatıma verdiyim bir sualdır.
  • Çox içki içən adam sirr saxlamır və vədlərini yerinə yetirmir.
  • Davam etməzdən əvvəl əvvəlcə bəzi təcrübələr aparacağam, çünki mən təbiəti sonradan yaratmaq istəyirəm, sonra isə ağıldan istifadə edərək onun niyə belə işlədiyini göstərmək istəyirəm. Təbiət haqqında fərziyyələr aparan hər kəsin izləməli olduğu kurs budur.
  • Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı ilə tətbiq edilmədikdə kütləşir.[2]
  • Dost uğrunda ölmək, uğrunda ölməyə dəyən dost tapmaq qədər çətin deyil.
  • Dövlətdəki avara insanlar arı pətəyində işçi arıların balını yeyən erkək arılar kimidir.
  • Döyüşə hazırlaşan onun yarısını udmuş olur.
  • Dürüstlük ən yaxşı siyasətdir.
  • Düşünmədən danışmaq, nişan almamış atəş açmaq kimidir.
  • Elə bir cismani və ruhi ağrı, iztirab yoxdur ki, o zamanı zəiflədib ölümü sağalda bilməsin.
  • Elm kapitan, praktika isə əsgərlərdir.
  • Elm sərkərdə, təcrübə isə onun əsgəridir.
  • Elmsiz praktikaya aşiq olanlar sükansız və kompassız gəmiyə girən və hara getdiyinə heç vaxt əmin ola bilməyən dənizçi kimidirlər.
  • Eşq bilikdən doğur. Nə qədər dərin bilərsək, o qədər sevərik.
  • Eşşək hər cür çətinliklərə dözür, hər cür ağırlıqları daşıya bilir, amma dözümü və səbri olmayan hər kəs onu tərs və inadkar adlandırır.
  • Evlilik, ilan balığı çıxarmaq ümidi ilə əlini ilanlarla dolu kisəyə salmağı xatırladır.
  • Əgər rəssamlığı lal poeziya adlandırsan, onda rəssam da poeziyaya kor rəssamlıq deyəcək.
  • Əgər səbr etsəniz və səy göstərsəniz, əkilən bilik toxumları əlbəttə ki, yaxşı cücərtilər verəcəkdir. Elmin kökü acı, meyvəsi isə şirindir.
  • Əgər səliqəsiz geyinənin səliqəsizliyində ikiüzlülük gizlənmirsə, səliqəsizlik onun ruhunun zəifləməsinə dəlalət edir.
  • Əgər şeirdə adı dəqiq və aydın göstərilməyən qadın heç vaxt şeirin ona həsr edildiyinə inanmayacaq.
  • Əgər tərifləyirsənsə, zərər verirsən, amma az dərk etdiyin şeyi məzəmmətləyirsənsə, daha çox zərər vermiş olursan.
  • Əlin ruh və zəka ilə birgə çalışmadığı yerdə sənət ola bilməz.
  • Ən balaca pişik belə sənət əsəri və mükəmməllikdir.
  • Ən kiçik təbii nöqtə bütün riyazi nöqtələrdən böyükdür və bu, təbii nöqtənin davamlılığına malik olduğu və kəsilməz olan hər hansı bir şeyin sonsuz bölünə bildiyi üçün sübut edilir; lakin riyazi nöqtənin ölçüsü olmadığı üçün bölünməzdir.
  • Əsirlikdə əziyyət çəkməkdənsə, ölmək daha yaxşıdır.
  • Əvvəlcə nəzəriyyəni öyrənin, sonra ondan gələn təcrübəyə gəlin.
  • Fəlakəti vaxtı boş keçirməklə, nə də tənbəlliklə aradan qaldırmaq mümkün deyil.
  • Fəzilət yolu çox dar, qüsur yolu isə genişdir.
  • Fikrimiz qədər bizi aldadan heç nə ola bilməz.
  • Fiziki zəifliyi dəf edə bilməyənin ruhi iztirabları ağır keçir.
  • Gerçək, zamanın tək qızıdır.
  • Gələcək nəsillərə ötürülə bilməyən tədqiqat nəticələrindən imtina etməyə dəyər.
  • Gələn xoşbəxtlikdən istifadə edə bilməyən, tərk edilən xoşbəxtlikdən şikayət etməməlidir.
  • Gənclik illərində elə şeylər əldə et ki, o, qocalığın sənə vurduğu ziyanı zaman keçdikcə ödəsin. Qocalığın qidasının hikmət olduğunu dərk edərək, gənclikdə hərəkət edin ki, qocalıq yeməksiz qalmasın.
  • Gəncliyimdən bu yana ət yeyililməsinə qarşıyam. Bir gün insanların heyvanları öldürməyi eynilə insan öldürmək kimi cinayət qəbul edəcəyinə inanıram.
  • Gözəl olan həmişə yaxşı olmur.
  • Gözəllik də bəzən naxələf işlərə xidmət edir.
  • Gözəllik həyatda məhv olur, sənətdə isə ölməzdir.
  • Gözlər ruhun pəncərələridir.
  • Günorta yeməyini az, axşam yeməyini isə daha az yeyin. Çünki bütün bədənin sağlamlığı mədəmizdən asılıdır.
  • Heç bir şey bizi fikrimiz qədər aldatmaz.
  • Heç kəsi sevməyən qadın heç kimdə qısqanclıq oyada bilməz.
  • Həddindən artıq və çox incə bəzəklər gəncliyin parlaq gözəlliyini azaldır.
  • Həqiqət bəzən əyilir, lakin heç vaxt sınmır və yağ suyun üzünə çıxdığı kimi, o da yalanın üzərinə çıxır.
  • Həqiqət əvvəl-axır aşkara çıxır.
  • Həqiqət, zəmanənin yeganə övladıdır.
  • Həqiqətən, həmişə ağlabatan dəlillərin olmadığı yerdə dəlillər qışqırıqla əvəz olunur.
  • Həqiqətin yeganə meyarı təcrübədir.
  • Həqiqətlə yaşa-ən yaxşı xütbə budur.
  • Həqiqi dostlara sahib olmaq istəyən hər kəs başqalarının ehtiyaclarına diqqət yetirməli, xeyirxah və dözümlü olmalıdır. Şərəf və hörmət güclə deyil, son tikəni ehtiyacı olanla bölüşməklə əldə edilir.
  • Həqiqi sevgi özünü bədbəxtlikdə daha çox göstərir. O bir qığılcım kimi gecə qaranlığında daha parlaq işıq saçır.
  • Hər bir insan göylərin onu yaratdığı kimidir, bəzən isə daha pisdir.
  • Hər bir maneə inadla dəf edilir.
  • Hər bir oğru elə bilir ki, hamı oğurluq edir.
  • Hər cür dəqiqliyin anası olan təcrübədən doğulmayan bilik barsız-bəhərsiz və səhvlərlə dolu olur.
  • Hərəkətverici qüvvə bütün həyatın səbəbidir.
  • Həyata dəyər verməyən ona layiq deyil.
  • Həyatı qiymətləndirməyən ona layiq deyil.
  • Hikmət təcrübənin qızıdır.
  • Xəyanət, bəlkə də kiməsə xoş gəlir, amma xainlərə hamı nifrət edir.
  • Xoşbəxt o adamdır ki, səma ona bir tikə çörək göndərir və onun səmadan başqa heç kimə təşəkkür etməyə borcu yoxdur.
  • Xoşbəxtlik çox zəhmət çəkənə qismət olur.
  • Xoşbəxtlik və sevgi ən çox zəhmət çəkənə qismət olur.
  • Xoşbəxtliyi qara kömürlə də yazmaq olar…
  • İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər.
  • İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.
  • İnsanın istəmədən yemək yeməyi sağlamlığa zərərli olduğu kimi, sevmədiyi işi görmək də yaddaşı məhv edir və yaddaş qəbul etdiyi heç bir şeyi yadda saxlamır.
  • İnsanın qəlbi nə qədər geniş olarsa, bir o qədər dərindən sevər.
  • İnsanların nə danışmasından asılı olmayaraq vicdanınıza uyğun yaşayın.
  • İntellektual ehtiras həssaslığı qovur.
  • İradə təbiətin əsas hədiyyəsidir.
  • İstedad sahibi olanları kədərli bir aqibət gözləyir. Belə adamlar qabiliyyətlərini inkişaf etdirmək və mükəlləşdirmək əvəzinə özlərini həddindən artıq yüksək tutur, avaraçılığa və xudbinliyə aludə olurlar. Belə bir insan tədricən ağlının aydınlığını və itiliyini itirir, hərəkətsiz, tənbəl olur və bədənini və ruhunu korlayan cəhalətə tutulur.
  • İstənilən maneəni əzm göstərməklə dəf etmək olar.
  • İsti paltar soyuqdan qoruduğu kimi, dözümlülük də inciklikdən qoruyur.
  • İstridyələr bədirlənmiş ay vaxtı çanaqlarını tamamilə açırlar. Krab istridyəni ovlamaq üçün onun çanağının içinə balaca daş və ya yosun atır və nəticədə istridyə çanağını bağlaya bilmir və krabın qurbanı olur. Ağzını çox açanların və dinləyicilərin toruna düşənlərin də da qisməti məhz bu cürdür.[3]
  • İşıq kimi: sevgi ən qaranlıq yerdə parlayır.
  • Keçmiş haqqında yalan danışmayın.
  • Kədər əziyyət çəkənin dilini həm bağlaya, həm də aça bilər.
  • Kiçik bir həqiqət, böyük bir yalandan yaxşıdır.
  • Kiminsə ardınca gedən heç vaxt birinci gəlməyəcək.
  • Qadının görünə biləcəyindən daha az gözəl görünməsi günahdır.
  • Qadının xəbis azğınlığında, ərin istəyi olmadan dünyaya gələn uşaq az dəyərli, qorxaq və sönük olar. Cinsi əlaqəyə dava-dalaşla və narahatlıqla yanaşan kişi səfeh və davakar övladlar törədir. Əgər cinsi əlaqə böyük sevgi ilə iştirakçılar tərəfindən böyük arzu ilə həyata keçirilərsə, o zaman uşaq çox ağıllı və bacarıqlı, canlı və mehriban olacaq.
  • Qadınlar onları sevənlərə laqeyd yanaşır, ona laqeyd olanları sevirlər.
  • Qanuni arvad, ölənə qədər səndən əl çəkməyən, boynuna atılmış, sonradan düyünə çevrilən bir ilgəkdir.
  • Qəddarlıq şücaətin yoldaşı ola bilməz.
  • Qısqanclıq həmişə kiçik əşyaları böyüdən, cırtdanları nəhəng, şübhələri həqiqət edən müşahidə borusundan baxır.
  • Qışda qarla örtülmüş hər şey yazda görünəcək. Yalan isə örtülməyəcək.
  • Qorxu içində yaşayan qorxudan da ölür.
  • Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o udduğunu mənimsəmək iqtidarında olmur.
  • Mahiyyət kimdən doğulduğunda yox, kiminlə yaşamağındadır.
  • Mexanika riyaziyyat elmlərinin cənnətidir, çünki onunla birlikdə riyazi bəhrə gəlir.
  • Mən Allahı və insanları təhqir etmişəm! Mən əsərlərimi istədiyi səviyyədə yarada bilməmişəm! (O, bu sözləri ölümqabağı demişdir)
  • Mən hərəkətə keçməyin vacibliyinə heyran oldum. Sadəcə bilmək kifayət deyil, bilikdən istifadə etmək lazımdır. Nəyisə istəmək kifayət deyil, bunu etməlisən.
  • Mən məqsədimə çatmaq üçün bütün vasitələrdən istifadə edirəm.
  • Mənbəyə gedə bilən insan səhəngə doğru getməli deyil.
  • Məsləhəti özünə qalib gəlməyi bacarandan al.
  • Müdrik insan bütün yumurtaları bir səbətə yığmır.
  • Müəllifi yox, fikrini tənqid et.
  • Müəllimdən üstün olmayan şagird yazıqdır.
  • Mülayimlik qüsurlardan etibarlı müdafiə kimi xidmət edir.
  • Mümkün olmayan şeyi arzulama.
  • Nə vaxt ki, təksən, hər şey sənindir, kiminləsənsə, yarısı.
  • Nəsil artırma və ona aid olan xüsusiyyətlər o qədər ürəkbulandırıcıdır ki, üz gözəlliyi, iştirakçıların bəzənib-düzənməsi və qarşısı alınmış instinktlər olmasaydı, təbiət insan adlanan bu növün bütövlükdə məhv edərdi.
  • Nəzakət qədər ucuz başa gələn, amma yüksək qiymətləndirilən heç nə ola bilməz.
  • Nüfuzuna əsaslanaraq mübahisə edən insan ağlından deyil, yaddaşından istifadə edir.
  • Od həqiqəti təmsil edir, çünki o, bütün sofizmi və yalanları məhv edir; Maska isə yalan və həqiqəti gizlədən batil üçündür.
  • Orta statistik insan; Görmədən baxır, duymadan dinləyir, hiss etmədən toxunur, dad almadan yeyir, diqqət etmədən hərəkət edir, qoxuları ayırmadan nəfəs alır, düşünmədən danışır. Baxıb görməyənlərdən, danışıb qulaq asmayanlardan, toxunub hiss etməyənlərdən uzaq durun.
  • Ölüm senyorunun gücü zərifliyindən daha çoxdur.
  • Ölümü yorğunluqdan üstün tuturam. Başqalarına xidmət etməkdən heç vaxt bezmirəm.
  • Öyrənmək heç vaxt zehni yormaz.
  • Öz müəllimindən üstün olmayan şagird miskindir.
  • Özündən şübhə etməyən sənətçi heç nəyə nail ola bilməz.
  • Özünə qalib gəlməyi biləndən məsləhət alın.
  • Özünə tətbiq tapmayan dəmir paslanır, durğun su iylənir və soyuqda donur, ağlından istifadə etməyən insanın ağlı isə kütləşir.
  • Özünü öküzün önündən, qatırın arxasından, keşişin isə hər tərəfindən qoru.
  • Özünü tərifləmək insanı alçaldır.
  • Paltar insanı geyindirir və soyundurur.
  • Parıldayan hər şey qızıl olsaydı, qızıl çox ucuz olardı.
  • Pisliyi cəzalandırmayan onun baş verməsinə kömək edir.
  • Rəsm görülən və eşidilməyən şeirdir, şeir isə eşidilən, lakin görülməyən bir rəsmdir. Bu iki sənət, istər şeir, istərsə də rəssamlıq deyə bilərsiniz, burada intellektə nüfuz edən hissləri bir-birini əvəz etmişdir.
  • Rəsm, görünən poeziya, poeziya isə eşidilən rəsmdir.
  • Rəsm gözə səslənir. Ruhun pəncərəsi də gözdür.
  • Rəsm hiss olunandan çox görülən şeirdir, poeziya isə görünməkdən çox hiss edilən rəsmdir.
  • Rəsm təbiətlə mübahisə edir və yarışır.
  • Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir.
  • Riyaziyyatçı olmayan heç bir insan mənim əsərimin elementlərini oxumasın.
  • Sadəlik mürəkkəbliyin ən yüksək formasıdır.
  • Seksi nəsil artırma və ona aid olan xüsusiyyətlərlə xarakterizə etmək çox ürəkbulandırıcıdır. Seks qarşısı alınmaz instinklərlə dolu bir sənətdir. İntim münasibətlər olmasaydı, canlı təbiət məhv olardı.
  • Sevgi, misi qızıl, yoxsulluğu sərvət, alov qığılcımlarını isə mirvari kimi görən eynək taxır.
  • Sevgini dəf etməyin yeganə yolu ondan qaçmaqdır.
  • Səbrini və ruhunun sakitliyini artırsan, nə qədər acı olsa da, inciklik sənə toxunmayacaq.
  • Səbir səhvlərdən qoruyur. Ona görə də həmişə səbirli olmalısınız. O sizi hər cür xoşagəlməzlikdən qoruyacaq.
  • Səhvlərinizi aşkar edən düşmən onları gizlədən dostdan daha xeyirlidir.
  • Sənət əsəri üzərində iş heç vaxt tamamlana bilməz, ancaq tullanıla bilər.
  • Səy göstərmək uğur qazanmağın anasıdır.
  • Sizin səhvlərinizi aşkara çıxaran düşmən onları ört-basdır edən dostdan daha xeyirxahdır.[4]
  • Sınaq qətiliyin anasıdır, məlumat qətilikdir.
  • Sonda yox, əvvəldə müqavimət göstərmək daha asandır.
  • Söz daş kimidir. Atdınsa, geri qaytara bilməzsən.
  • Susmaq qədər nüfuzu möhkəmləndirən heç nə ola bilməz.
  • Suya sehrli güc verildi ki, yer üzündə həyatın şirəsi olsun.
  • Şöhrət əməyin əllərindədir.
  • Şöhrətpərəstliyimizin digərinə zərər verməməsi çox nadir hallarda, daha doğrusu, heç vaxt olmur.
  • Taleyin çarxı yel dəyirmanın pərlərindən daha sürətli fırlanır və dünən zirvəyə çatanlar bu gün zirvənin dibinə düşürlər.
  • Tam bir günün ardınca yaxşı bir yuxu gəlir; tam həyatın ardınca yaxşı bir son gəlir.
  • Tanımadığınız yerdə verilən yaxşı məsləhətdən qaçmaq lazım deyil.
  • Təbiət heç vaxt öz qanunlarını pozmur.
  • Təbiət hər şeyə o qədər diqqət yetirmişdir ki, hər yerdə öyrənmək üçün bir şey tapırsan.
  • Təbiətdə hər şey ağıllı şəkildə düşünülmüş və təşkil edilmişdir və hər kəs öz işi ilə məşğul olmalıdır və həyatın ən yüksək ədaləti bu müdriklikdədir.
  • Təcrübə həmişə yaxşı nəzəriyyə üzərində qurulmalıdır.
  • Təcrübə ilə yaranmayan bilik , bütün ehtimalların anası, faydasız və səhvlərlə doludur.
  • Təcrübədən irəli gəlməyən bilik nəticəsiz və səhvlərlə doludur.
  • Təcrübəni sevən, lakin elmə əhəmiyyət verməyən insan sükanı və kompası olmayan gəmidəki dənizçiyə bənzəyir. O, heç vaxt hara getdiyindən əmin deyil.
  • Tək olsan, yalnız özünə məxsus olacaqsan.
  • Təqib olunan və divara qısnanan pişik pələngə çevrilir.
  • Tərif o zaman yaxşıdır ki, tərifləyən adam yaxşı olsun.
  • Tətbiqə əlverişli olmayan nəzəriyyə mənasız, nəzəriyyəyə dözməyən tətbiq isə sonsuzdur.
  • Ucuz başa gələn şey aşağı qiymətləndirilir.
  • Ustadından üstün olmayan şagird yazıqdır.
  • Uzunçuluq həmişə xoşagəlməzdir.
  • Uzunçuluq adətən cansıxıcılıq yaradır.
  • Üç cür insan var: görənlər; göstərildikdə görənlər və görməyənlər.
  • Ümidin öldüyü yerdə boşluq yaranır.
  • Üzdəki boyadansa, ürəkdəki ləkə yaxşıdır.
  • Üzdən nə qədər cazibədar olsalar da, arıq bədəni, ensiz arxası, nazik və uzun ayaqları olan qadınlara aludə olmayın. Belə qadınlar yataqda sizə az sevinc gətirəcək, amma çox şey tələb edəcəklər. Çünki onlar doymaz bir məxluqdur. Seçimi geniş arxası, iri ombası, orta boydan aşağı, möhkəm bədəni olan qadınlarda etmək lazımdır.
  • Varlının məşhurluğu onun həyatı ilə birlikdə yox olur.
  • Verən qoy sussun, alan danışsın.
  • Yad sirlərə həvəskar olan gözlər və qulaqlar həmişə tapılacaq.
  • Yaxşı ər — arvadın iki ruhu, bir iradəsi var.
  • Yaxşı insanlar üçün öyrənmə arzusu təbiidir.
  • Yaxşı keçən gün rahat yuxu gətirdiyi kimi, yaxşı keçən həyat da dinc ölüm gətirir.
  • Yaxşı qərar yaxşı anlaşmadan doğur, yaxşı anlaşma yaxşı qaydalardan, yaxşı qaydalar isə yaxşı təcrübənin qızıdır, təcrübə isə bütün elmlərin və incəsənətin ortaq atasıdır.
  • Yaxşı və səmərəli keçən bir gün rahat yuxu gətirirsə, yaxşı keçən həyat da xoşbəxt ölüm gətirir.
  • Yaxşı yaşanmış həyat uzun ömür sayılır.
  • Yalançı tarixçiləri saxta pul kəsənlər kimi edam etmək lazımdır.
  • Yalnız bildiyini sevə bilərsən.[5]
  • Yalnız hakimiyyətə müraciət etməklə mübahisə edən adam ağlını işlətmir, sadəcə yaddaşından istifadə edir.
  • Yatmayan fəlakətlərdən xilas olmaq üçün ən yaxşı dərman yuxudur.
  • Yazıq o tələbəyə ki, müəllimini üstələyə bilməyib.
  • Yemək yeməkdən həzz almayanda həzm edilən qida darıxıdrıcı bir qida olduğu kimi, elmlə ehtirassız məşğul olmaq da yaddaşı zibilləyir və nəticədə yaddaş analiz etmə qabiliyyətini itirir.
  • Zənginlik, var-dövlətə sahib olmaqdan yox, ondan necə istifadə etmək bacarığına malik olmaqdan ibarətdir.
  • Zorla sevgi olmur.

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar

[redaktə]
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.32
  3. Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.35
  4. Xəzinə. Bakı,1997. səh.350
  5. Xəzinə. Bakı, 1997. səh.14