Emi Li - 13 dekabr 1981-ci il, Riversayd, Kaliforniya, ABŞ) Amerikalı vokalist və bəstəkar. Emi Qremmi mükafatı almış Evanescence rok qrupunun quruçusu və vokalistidir. Bəstəkar və vokalist fəaliyyətləri ilə yanaşı peşəkar səviyyədə pianoçudur.
- Böyük şirkətləri sevmədim və onlarla ünsiyyət qurmadım, bir adamla ünsiyyət qurmaq mənim üçün daha asan oldu.
- Ev tapşırığını etməli olduğunuz zaman ilham həmişə gecənin ortasında gəlir.
- Hamı mənim haqqımda çox şey bilir, amma əslində məni tanımırlar.
- Hamımızın sadəcə insan olduğumuzu başa düşmək çox vacibdir. Heç birimiz fövqəltəbii deyilik.
- Kədər, bəzən möhtəşəmdir...
- Qadın müğənnilərin və aktrisaların bir-birlərinə hörmət etdiklərini görəndə çox qürurlanıram, çünki onların qüvvətli olduqlarını düşünürəm.
- Mən həmişə dramın kraliçası olmuşam. Yadımdadır, uşaqlıqda tez -tez ölü kimi davranırdım və anamın buna inanmasını və polisə müraciət etməsini istəyirdim. Amma o heç vaxt inanmadı və mən çox üzüldüm və ağladım.
- Musiqi mənim üçün terapiyadır. Əvvəllər yaşadığım hər mənfi şeyə qarşı mənim çıxışımdır. Mənə pis bir şeyi gözəl bir şeyə çevirməyə imkan verir.
- Pişiklərimi çox insanlardan çox sevirəm.
- Yazdığımız hər şey ürəyimizdən gəlir və satıcılara uyğunlaşmaq üçün musiqimizi dəyişdirməmiz mümkün deyil!