Kədər
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya. Nəsirəddin Tusi
B[redaktə]
- Bölüşdüyün bir sevinc ikiqat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar. Siseron
- Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx. Mövlana Cəlaləddin Rumi
Ə[redaktə]
- Əlində hava, işıq və dost sevgisi qaldısa kədər çəkmə. Yohann Volfqanq Göte
G[redaktə]
- Gecədirmi insanı kədərləndirən,
Yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən?
Gecədirmi səni mənə düşündürən,
Yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən? - Gözləməyin! "Eşq"ini alan, "kədər"ə doğru irəliləsin. Attila İlhan
H[redaktə]
- Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz.[1] David Lavrens
- "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. Turqut Uyar
- Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır. Volter
İ[redaktə]
- İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi. Lars fon Trier
K[redaktə]
- Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur. Uilyam Şekspir
- Kədər ağıllı adamların müəllimidir. Corc Bayron
- Kədər, bəzən möhtəşəmdir... Emi Li
- Kədər gələndə özü-özünün qayğısına qalır. Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən. Mark Tven
- Kədər insanı kamillik zirvəsindən endirir. Benedikt Spinoza
- Kədərdə gizli bir şəfqət var. Şikayət etməyənlərə, onu gülər üzlə qarşılayanlara qarşı daha az zalım olur. Reşat Nuri Güntekin
- Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün, ya da həqiqətən də olmaması lazım olduğu üçün olmurdur. Mövlana Cəlaləddin Rumi
Q[redaktə]
- Quşlar nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda xoşbəxt olurlar? Rəşad Nuri Güntəkin
M[redaktə]
- Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya. Nəsirəddin Tusi
S[redaktə]
- Sadəcə axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda məni anlamırlar deyə kədərlənmək niyə? Oskar Uayld
İstinadlar[redaktə]
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
Duyğular | |
---|---|
Duyğusal | Sitayiş · Əzab · Ağrı · Zəhm · Əyləncə · Hirs · Acıqlanma · İztirab · Məmnuniyyət · Məğlubiyyət · Depressiya · Kefsizlik · Böhran · Məyusluq · Nifrət · Xəcalət · Həvəs · Paxıllıq · Həyəcan · Qorxu · Xəyal qırıqlığı · Qəm · Günahkarlıq · Xoşbəxtlik · Vətən həsrəti · Dəhşət · Düşmənçilik · Alçalma · İsteriya · Təhlükəsizlik · Təhqir · Maraq · Qıcıqlanma · Təcrid · Qısqanclıq · Tənhalıq · Təşviqat · Sevgi · Şəhvət · Şəfqət · Melanxoliya · Baxımsızlıq · Nostalji · Nikbinlik · Vahimə · Ehtiras · Mərhəmət · Zövq · İftixar · Qəzəb · Təəssüf · İmtina · Vicdan əzabı · Narazılıq · Kədər · Sentimentallıq · Ayıb · Kədər · Kin · Şok · Dözmək · Sürpriz · Rəğbət · Gərginlik · Həyəcan · Təəccüb · Narahatlıq |
Dünyagörüşü | Bağdaşırcılık · Mövcudluq · Fatalizm · İnkompatibilizm · Metafizik · Nihilizm · Optimizm · Pessimizm · Zahid · ictimai ədalət · Dünyadan yorğunluq |