Məzmuna keç

Dözmək



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır. Anatol Frans
  • Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. Kəlilə və Dimnə
  • Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya. Nəsirəddin Tusi
  • Səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. Əbu Turxan
  • Südlü inəyin təpiyinə də dözmək olar. Benqal atalar sözləri
  • Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı. Xudu Məmmədov
  • Uğur qazanıb sevinmək üçün bir çox məhrumiyyətlərə dözmək lazımdır. Con Milton
  • Zənginlikdən əsl xoşbəxtlik necə əmələ gələ bilər ki, zənginliyin əldə edilməsi üçün əzablara dözmək lazım gəlir. Foma Akvinski

İstinadlar

[redaktə]