Məzmuna keç

Hirs



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Hirs atəşinin ilk odundan qəzəb sahibi yanar, alovun düşmənə çatıb-çatmaması isə sonraya qalar. Sədi
  • Hirs - düşməndir, ağıl - dost. Qaraqalpaq atalar sözləri
  • Hirs: düşüncəli bir insanın etibarlı şəkildə qarşı çıxa bilməyəcək qədər şiddətli bir düşmənə qarşı hiss etdiyi hissdir. Ambroz Birs
  • Hirs gələndə acığını unut. Azərbaycan atalar sözləri/H
  • Hirs gəlir, göz qaralır, hirs gedir, üz qaralır. Azərbaycan atalar sözləri/H
  • Hirs ilə qalxan, ziyan ilə oturar. Türk atalar sözləri
  • Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq. Mövlana Cəlaləddin Rumi
  • Hirs qabaqda gələr, ağıl - arxada. Türkmən atalar sözləri
  • Hirsiniz üzündən cəzalandırılmayacaqsınız, hirsiniz tərəfindən cəzalandırılacaqsınız. Nifrət heç bir zaman nifrətlə yox edilə bilməz. Nifrət sevgiylə yox edilər, bu ölümsüz qanundur. Qautama Budda
  • Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz. Stendal
  • Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo
  • Sirlərini aşkar etməkdən çəkin. Üstün komandirlərinə hirs ilə cavab vermə. O, sənə acı söylədiyi zaman, sən ona gözəlliklə cavab ver və onu sakitləşdir. Onun hirsi keçincə, sənə yenidən dönəcək. Misir atalar sözləri
  • Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda