Təəccüb
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı adamın axmaq qarşısında susmağı təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir. Sədi Şirazi
H
[redaktə]- Həbsxanaların fabriklərə, məktəblərə, kazarmalara, xəstəxanalara və bütün bunların da həbsxanalara bənzəməsi təəccüblü deyilmi?. Mişel Fuko
- Həddindən artıq asan uğur, təəccüb harayları – şöhrətin az ömürlülüyünün əlamətidir; kəndirbazla şairin uğuruna eyni qiymət vermək olmaz. Onore de Balzak
- Həyat, insan ağlının yarada biləcəyi hər şeydən daha təəccüblüdür. Artur Konan Doyl
İ
[redaktə]- İnsanın xoşbəxtliyi haqqında yanlış və təəccüblü olan bir şey var: onun heç nə etməməsi. Lev Tolstoy
- İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır. Fyodor Dostoyevski
M
[redaktə]- Mən tamamilə üzülmüşəm, amma işimi dayandıra bilmirəm. Mənim eksperimentlərim o qədər vacib, o qədər gözəl, o qədər təəccüblüdür ki, yemək yeməyə ərinir, yatanda belə onları düşünürəm. Güman edirəm ki, ölənə qədər işimi davam etdirəcəm. Nikola Tesla
- Müharibə, minlərlə insanı öldürənlərə insanlar təəccüb edənə və kömək edənə qədər davam edəcəkdir. Pyer Büast
N
[redaktə]- Nə qədər təəccüblü olsa da, sevgi çox böyük xoşagəlməz hadisələrlə bağlıdır. Mixail Zoşşenko
- Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir. Höte
T
[redaktə]- Təəccüb allahları yaratdı. Pifaqor
- Təəccüblüdür ki, falçı kahinlər bir-birinin üzünə baxanda gülməkdən özlərini necə saxlaya bilirlər. Mark Tulli Siseron
V
[redaktə]- Vedaları tanıyan bir brahmananın məşhur bir alim olmasında təəccüblü nə var? Siyasi elmləri bilən bir hökmdarın sərt və ədalətli olmasında təəccüblü nə var? Gözəl bir gənc qızın dindar bir qadına çevrilməsində təəccüblü nə var? Yazıq insanın günün və ya gecənin istənilən vaxtında günah işlətməsində təəccüblü nə var? Çanakya