Narahatlıq
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Amma kim ən yaxşının nə olduğunu deyə bilər ki? Buna görə qarşımıza çıxan xoşbəxtlikləri tutub saxlamalıyıq və digər insanlar üçün narahatlıq keçirməməliyik. Təcrübələrim mənə belə fürsətlərin insanın qarşısına bir ömürdə iki və ya üç dəfədən artıq çıxmadığını deyir və əgər bu fürsətlərin əldən çıxmasına yol versək, onları qalan həyatımız üçün də rədd etmiş olarıq. Haruki Murakami
B[redaktə]
- Boş və faydasız şeylərə lazım olduğundan daha çox sərf etdiyi vaxtdan başqa müdrik insanı üzən və ona narahatlıq verən başqa heç nə ola bilməz. Platon
D[redaktə]
- Daimi narahatlıq içindəki zənginlikdənsə, ürək dincliyi ilə əldə edilən çörək daha yaxşıdır. Misir atalar sözləri
Ə[redaktə]
- Əgər bir problemin həlli varsa, edilə biləcək şeylər hələ tükənməyibsə, onda narahat olmaq üçün səbəb yoxdur. Əgər həll yoxdursa, bu zaman da narahat olmağın bir faydası yoxdur. Yəni, narahatlığın heç bir halda faydası yoxdur. Tenzin Gyatso
- Əvvəl üzlərini unudarıq sevdiklərimizin. Ən çox üzümüzün unudulmasından narahatlıq keçirdiyimiz halda. Əlif Şəfəq
H[redaktə]
- Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır! Bencamin Franklin
J[redaktə]
- Jurnalist heç vaxt öz üstünlüyü, nüfuzu, mülahizələrinin dəyəri barədə yüksək fikirdə olmamalıdır. Çünki, onun məşğul olduğu fəaliyyət özü-özlüyündə həsr etdiyi adamın qüruru üçün xoşagəlməz hadisədir və əgər jurnalist şüurlu şəkildə həmin adama narahatlıq yaratsaydı və onu haqsız olmağa məcbur etmiş olsaydı, tamamilə haqlı olmazdı. Mixail Lomonosov
İ[redaktə]
- İnsan xoşbəxt olmağa məcburdur. Əgər o bədbəxtdirsə, buna onun özü günahkardır. Bu narahatlıq və anlaşılmazlıq aradan qaldırılana qədər insan öz üzərində çox çalışmalıdır. Lev Tolstoy
M[redaktə]
- Məlumat artdıqca narahatlıq da artar. Yohann Volfqanq Göte
- Mərhəmət, rəhmdillik, başqasına görə narahatlıq - insanlar arasındakı münasibətlərdə ən vacib keyfiyyətlərdəndir. Yaxşılıq heç vaxt unudulmur... Əgər sən yaxşı, xeyirxah iş görmüsənsə, gec, ya tez bunun əvəzini görəcəksən. Azad Mirzəcanzadə
P[redaktə]
- Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. Dalay Lama
R[redaktə]
- Rəhbərliyiniz altında işləyənlərin özlərini hədsiz rahat hiss etməsinə, yerlərində həddindən artıq möhkəmlənməsinə imkan verməyin. Buna görə də həmişə onların gözlədiklərinin əksinə hərəkət edin. Qoy həmişə narahatlıq keçirib, sizə tərəf boylansınlar. Henri Ford
V[redaktə]
- Vərdişin qurbanları adəti üzrə hər gün nə isə etməyi unudaraq, anlaşılmaz bir narahatlıq hissi keçirirlər. Onlara elə gəlir ki, pozulmuş qaydanı bərpa etməyə məcbur edən vicdanın səsidir. Teodor Drayzer