Dəhşət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bədbəxtlik, zorakılıq və dəhşət dairəsinin mənası nədir? Bunun bir mənası olmalıdır axı. Əks təqdirdə, dünyamızın təsadüfən idarə olunduğu ortaya çıxır və bu ağlasığmazdır. Nədir bunu mənası? İnsan ağlının hələ də cavab verə bilmədiyi əbədi sual budur. (“Karton qutu”). Artur Konan Doyl
- Bəzən düşünürəm ki, yazmayanların və ya şəkil çəkməyənlərin və mahnı bəstələməyənlər insanların vəziyyətinə xas olan dəlilikdən, melanxoliyadan, dəhşətdən, çaxnaşmadan necə xilas ola bilirlər. Qrem Qrin
- Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtanı yayan və böhtana inanan. Herodot
- Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qorxudan, dəhşətdən maarifdən, elmdən istifadə etməklə xilas olmaq olar. Qay Yuli Sezar
C
[redaktə]- Cadular sübh şəfəqin ilk əlamətlərindən dəhşətə gəldikləri kimi, müxtəlif təriqətlərin kahinləri də elmin nailiyyətlərindən, onları bəsləyən hiyləgər fəndlərin əldən çıxmasından qorxurlar. Tomas Cefferson
- Cərrahyiyyə stolundan və riyaziyyatdan qorxuram. Cərrahiyyə bədən üçün, riyaziyyat baş üçün dəhşətdir. Mixail Prişvin
Ç
[redaktə]- Çəyirtkə! Bu həşəratı yadına salmaq istəmirsən, amma xeyri yoxdur. Bu yaşıl həşəratın tullanması,sıçraması məni dəhşətə gətirir, dəli edir və mən dərin sarsıntı hissi keçirirəm. Mənim otuz yeddi yaşım var, amma bu həşəratın mənə aşıladığı qorxu hissi heç azalmaq bilmir ki, bilmir. Salvador Dali
D
[redaktə]- Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, küləşli kəndimə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür.[1]Vladimir Koralenko
Ə
[redaktə]- Ədəbsizlik - bu, yaşlı insanı və cahil hakimi dəhşətə gətirən bir şeydir. Mark Tven
H
[redaktə]- Həmişə deyirdim ki, qadın yaxşı bir dəhşət filmi kimi olmalıdır: təsəvvür üçün nə qədər boş yer qalsa, o qədər yaxşıdır. Alfred Hiçkok
Q
[redaktə]- Qabaqcadan görmənin ya mənim ölümümdən, ya da ondan dəhşətli olan qarışıqlıqdan xəbər verdiyini qərara alanda dəhşətə gəldim. Edqar Allan Po
- Quru yolunda seyr edən avtomobillərin işıqlarını görə bilirəm. Sonu gəlməyən bir işıq axışı. Bu qədər insan. Nə edərlər? Nə düşünürlər? Hamımız öləcəyik, hamımız, nə sirk! Bunu bilmək bir-birimizi daha çox sevməmiz üçün yetərli bir səbəb olmalı, amma deyil. Son dərəcə əhəmiyyətsiz şeylər bizi dəhşətə sürüyüb dümdüz edir, udur. Çarlz Bukovski
M
[redaktə]- Mən gözlənilməzliyi sevirəm. Kitab oxuyanda təəccüblənmək, şoka düşmək və dəhşətə gəlmək istəyirəm. Qeyri-müəyyənlikdən titrəmək istəyirəm. Ona görə də fantastik kitablar yazıram. Corc Martin
- Mənim üçün bütün dünya mənim vətənimdir və hər müharibə məni ailəmdə qan tökülməsi kimi dəhşətə gətirir. Helen Keller
- Müəyyən dünyagörüşü əsasında düşünülməmiş həyat, həyat deyil, əzabdır, dəhşətdir! Anton Çexov
- Müharibə dəhşətdir, qorxunc bir cinayətdir. Mən elə bir dağıdıcı gücə malik maddə və ya maşın icad etmək istərdim ki, onların köməyi ilə istənilən müharibə qeyri-mümkün olsun. Alfred Nobel
O
[redaktə]- O, dəfələrlə olduğu kimi özünün dəli olmasının mümkünlüyü haqda düşündü. Bəlkə elə azlıqda, tək sayda olandır dəli. Amma dəlilik fikri onu çox da narahat etmirdi: dəhşət olardı ki, üstəlik səhv düşünə. 1984
- Optimizmin əsası büsbütün bir dəhşətdir. Oskar Uayld
Ö
[redaktə]- Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. Anri Barbüs
- Ölümün dəhşəti və zülməti məhəbbət qarşısında gücsüzdür. Henrik İbsen
- Ötən əsrin hadisələrlə dolu, artan dəhşəti, bunu bəşəriyyətin çoxəsrlik epiloguna giriş kimi şərh etməyə imkan verir: ulduzlar qocalır və ... Leonid Leonov
S
[redaktə]- Sənsiz həyatım gözləmə zalıdır. Neon lampalarının işığında, linoleum döşəməli xəstəxananın gözləmə zalından da pis nə ola bilər ki? Məni buna məruz qoymaq insanlığa sığarmı? Üstəlik bu zalda təkəm, əzab çəkən, qanayan yaraları məni sakitləşdirə biləcək başqa heç kim yoxdur. Nə stollarda başımı qatacaq şəkilli jurnallar, nə həsrətin sonu olacağına ümid bəxş edən, nömrəli talonlar verən avtomatlar var. Dəhşət qarnım ağrıyır, qulluq edənim də yoxdur. Aşiqliyin vəziyyəti də elə budur: qarında ağrı və yeganə dərman - sən. Frederik Beqbeder
T
[redaktə]- Təbiətin başqa sahələrində olduğu kimi, insanın da arzu və istəklərini müşahidə edən böyüdücü şüşə olsaydı, o zaman bir sıra insanların fiziki qüsurlara görə dar vətəndaşlıq sferasında və qanunların dar çərçivəsində boğulmağa məcbur olduğunu, nəhayət, onların cəmiyyətdə qorxunc tənhalıqla üzbəüz qaldığını görəndə adam istər-istəməz dəhşətə gəlməyə bilməzdi... Fridrix Şiller
- Tibb üçün sizin kimi donorlar yetişdirmək başqa bir şeydir. Bəs cəmiyyətdə ən yaxşı yerləri tutacaq süni uşaqlardan ibarət olan nəsil? Bütün rəqiblərindən üstün olan uşaqlar? Yox, belə olmaz. Bu insanları qorxuzdu. Onlar dəhşət içində uzaqlaşdılar. Kazuo İşiquro
Y
[redaktə]- Yersiz sərtlik dəhşət yaradar, yersiz mülayimlik hörmət azaldar. Nə elə qaba ol ki,səndən qaçsınlar, nə də elə yumşaq ol ki, sənə qabarsınlar. Sədi Şirazi
Z
[redaktə]- Zərurət olanda isə mən sadəcə qəzəblə işləyirəm, çünki işləmək məcburiyyətində olmağım məni dəhşət qəzəbləndirir. Corc Soros
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.