Məzmuna keç

1984

1984 (ing. Nineteen Eighty-Four) — İngiltərə yazıçısı Corc Oruell tərəfindən 1949-cu ildə yazılmış roman. Əsər XX əsrin məşhur antiutopik əsərlərindən hesab olunur. Roman dünyanın 60-dan çox ölkəsinin dilinə tərcümə olunub. 2009-cu ildə "The Times" qəzeti onu son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil etmiş, "Newsweek" jurnalı isə romanı bəşəriyyət tarixində ikinci ən yaxşı kitab adlandırmışdır.

Əsərdən sitatlar

[redaktə]

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən müharibə ilə maraqlanmayan prolların vaxtaşırı vətənpərvərlik damarı tuturdu. Və sanki döyüş ruhunu saxlamaq üçün raketlər həmişəkindən də çox adam qırmağa başladılar.
  • Axı könüllü cəsus elə ən təhlükəlisidir.
  • Amma, yenə də, ola bilsin ki, üzündə ehkamlara inamsızlıq deyil, sadəcə ağıl yazılmışdı.
  • Ancaq onu görə bilməsi çox çətin idi. Şahmatda səni mat etdikləri zaman gediş etmək qədər çətin…
  • Azadlıq – iki vur ikinin dörd olduğunu söyləmək imkanının olmasındadır. Əgər buna izn verilirsə, qalan hər şey mümkündür.
  • Azadlıq – Köləlikdir. Cəhalət – Qüvvədir.
  • Bəlkə də insan sevilməkdən çox, başa düşülmək istəyir.
  • Bəşəriyyət seçim qarşısındadır: azadlıq yoxsa xoşbəxtlik və böyük əksəriyyət üçün xoşbəxtlik daha üstündür.
  • Bir anda onların ikimənalı baxışları toqquşdu – vəssalam. Lakin həyatı tənhalıqla kilidlənmiş adam üçün bunun özü də unudulmaz bir hadisə idi.
  • Bir şey bəllidir: hər rüb kağızda astronomik sayda ayaqqabı istehsal edilir, halbuki Okeaniya əhalisinin yarısı ayaqyalın gəzir.
  • Bir var həqiqət, bir də var yalan və əgər sən həqiqəti, bütün dünyaya qarşı olsan belə, üstün tutsan, dəli deyilsən.
  • “Bizim yeni xoşbəxt həyatımız” sözləri bir neçə dəfə təkrar olundu.
  • Dünya möhkəmdir, onun qanunları dəyişməzdir. Daşlar bərkdir, su mayedir, dayaqsız cisim yerin mərkəzinə doğru yönəlir.
  • Əgər kiçik qaydalara riayət etsən, böyükləri pozmaq olar.
  • Əgər məni səni sevməməyə məcbur etsələr, bax bu əsl satqınlıq olacaq.
  • Gerçək yalnız bir şeydir: ölüm onu gözləməyəndə gəlir.
  • Güclərindən xəbərdar olana qədər üsyan etməyəcəklər və özlərini göstərdikdən sonra fərqində olmayacaqlar. Problem budur.
  • Günbəgün və hətta dəqiqədə bir keçmiş indikinə görə uyğunlaşdırılırdı.
  • Hakimiyyət vasitə deyil; Məqsəddir. Diktaturanın əsasını inqilabı qorumaq üçün qoymurlar; İnqilabı ona görə edirlər ki, diktaturanı qursunlar. Repressiyanın məqsədi repressiyadır. İşgəncənin məqsədi işgəncədir. Hakimiyyətin məqsədi hakimiyyətdir.
  • Hər bir qeyd məhv edilib və ya saxtalaşdırılıb, hər kitab yenidən yazılıb, hər şəkil yenidən rənglənib, hər heykəl və küçə binasının adı dəyişdirilib, hər tarix dəyişdirilib. Proses isə gündən-günə, dəqiqə-dəqiqə davam edir. Tarix dayandı. Partiyanın həmişə haqlı olduğu sonsuz bir hədiyyədən başqa heç bir şey yoxdur.
  • Hər hansı bir hərəkətin nəticələri hərəkətin özündə olur.
  • Hətta arzu qismində belə bu çarəsizlikdir.
  • Hətta bizi idarə edən dörd nazirliyin adlarında belə faktların həyasızcasına təhrif olunması var. Sühl nazirliyi müharibə ilə, həqiqət nazirliyi yalanla, məhəbbət nazirliyi işgəncələrlə məşğul olur, rifah nazirliyi isə acından öldürür. Belə ziddiyyətlər təsadüfi deyil və sadəcə ikiüzlülükdən irəli gəlmir: bu fəaliyyətdə olan ikifikirlilikdir. Zira yalnız ziddiyyətlərin vəhdəti hakimiyyəti uzun zaman saxlamağa imkan verir. Sonsuz dövrü başqa cür kəsmək olmaz. Əgər insan bərabərliyini həmişəlik mümkünküz etmək lazımdırsa, əgər yuxarılar (biz onları belə adlandırdırırıq) öz yerlərini həmişəlik saxlamaq istəyirlərsə, onda hakimiyyətdə olanların ruhi vəziyyətini dəlilik idarə etmiş olmalıdır.
  • İnformasiya, təhsil, asudə vaxt və mədəniyyətə baxan həqiqət nazirliyi; müharibə ilə məşğul olan sülh nazirliyi; əsayişi qoruyan məhəbbət nazirliyi və iqtisadiyyata cavabdeh olan rifah nazirliyi...
  • Keçmişə nəzarət edən, gələcəyə nəzarət edə bilər; indiki üzərində nəzarət edən keçmişə nəzarət edə bilər. "
  • Kim keçmişi idarə etsə, gələcəyi də o idarə edəcək. Kim bügünü idarə etsə, keçmişi idarə edən o olacaq.
  • Kimisə sevəndə, sadəcə sevirsən və ona verəcəyin heç bir şey olmasa da, yenə də ona sevgini bəxş edirsən.
  • Köhnəlmiş istibdadların hökmü “Etmə”, totalitarların “Etməlisən” sözləri ilə başlayırdı. Bizim hökmümüz isə “Sən varsan” sözləri ilə başlayır.
  • Qaranlıq olmayan yerdə görüşəcəyik.
  • Lotoreyanın işinə Uinstonun heç bir aidiyyatı yox idi. Onunla rifah nazirliyi məşğul olurdu. Amma o, bilirdi (partiyada hamı bilirdi) ki, uduşların çoxu xəyali idi. Həqiqətdə ancaq kiçik məbləğlər ödənilir, böyük uduşların sahibləri isə saxta şəxslər olurdu.
  • Məni sizin düşüncə tərziniz cəlb edir. İkimiz də eyni tərzdə düşünürük, fərq bircə ondadır ki, siz dəlisiz.
  • – … məni tezliklə güllələyəcəklər?

– Bəlkə də belə tez olmadı. Siz çətin halsınız. Amma inamınızı itirməyin. Əvvəl-axır hamı sağalır. Onda sizi də güllələcəyik.

  • Mənim qaydam – həmişə kütlə ilə bir qışqır.
  • Müharibə mahiyyətcə insan həyatının yox, insan zəhmətinin məhsullarının məhvidir. Müharibə, kütlələrin daha rahat yaşaması və nəticədə olduğundan daha çox düşünməsi üçün istifadə oluna bilən materialların məhv edilməsi, stratosferdə əriməsi və ya dənizin dərinliklərinə batması arzu edilən üsuldur.
  • Müharibə – Sülhdür.
  • Nikahda ancaq bir məqsəd görürdülər: dövlət qulluğu üçün uşaq doğmaq.
  • O, demək olar ki, bütün qadınları sevmirdi, xüsusilə də cavan və göyçəklərini.
  • O, dəfələrlə olduğu kimi özünün dəli olmasının mümkünlüyü haqda düşündü. Bəlkə elə azlıqda, tək sayda olandır dəli. Amma dəlilik fikri onu çox da narahat etmirdi: dəhşət olardı ki, üstəlik səhv düşünə.
  • O, ilk dəfə dərk etdi ki, əgər sirri saxlamaq istəyirsənsə, onu özündən də gizlətməlisən.
  • O, şüuru ilə təslim olmuşdu, ancaq ürəyinin toxunulmazlığını qoruyub saxlamaq istəyirdi.
  • Ola bilsin ki, tarixi kitablardakı hər bir söz – hətta açıq-aşkar qəbul etdiyin sözlər də xalis uydurmadır.
  • Onda nəsə çatışmır: ehtiyatlılıq, biganəlik, hansısa xilasedici axmaqlıq.
  • Onlar dərk etməyincə heç vaxt üsyan etməyəcəklər, üsyan etməyincə isə dərk etməyəcəklər.
  • Onlara nifrət edərək ölmək – azadlıq elə bunun özüdür.
  • Onu sevir və ona xəyanət etməyəcək; amma bu sadəcə fakt idi, hesab qaydası kimi məlum olan bir fakt.
  • Onun zehni ikifikirlilik labirintində itmişdi. Bilərək bilməmək; Düşünülmüş yalanı söyləyərək öz düzgünlüyünə inanmaq; Bir-birlərini inkar etdiyini bilə-bilə iki əks fikri qəbul etmək və hər ikisinə əmin olmaq; Məntiqlə məntiqi öldürmək; Əxlaqı elan edərək rədd etmək; Demokratiyanın mümkün olmadığını və partiyanın demokratiya qoruyucusu olduğunu hesab etmək; Nəyi unutmalı olduğunu unutmaq və lazım olanda yenidən yada salmaq, sonra dərhal unutmaq və ən əsası, bu prosesi prosesin özünə tətbiq etmək. İncəlik də elə bundadır: Şüurlu olaraq şüuru üstələmək və bununla belə özünühipnoz etdiyini bilməmək. Hətta “ikifikirlilik” sözünun özünü də ikifikirliliyin köməyi olmadan anlaya bilməzsən.
  • Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı.
  • Səni hər hansı bir şeyi – istənilən bir şeyi deməyə məcbur edərlər, amma buna inanmağa məcbur edə bilməzlər.
  • “Səni sevirəm” sözlərindən ömrünü uzatmaq istədi və indi ən kiçik risk də axmaqlıq kimi görünürdü.
  • Sənin ən qəddar düşmənin öz əsəb sistemindir!
  • Sənin simanda nə isə var idi. Risk etməyi qərara aldım. Yad adamları yaxşı tanıyıram. Səni görən kimi başa düşdüm ki, onlara qarşısan.
  • – Siz oxumusuz onu? – Uinston dedi.

– Mən onu yazmışam. Daha doğrusu, yazılmasında iştirak etmişəm. Bildiyiniz kimi, kitablar təkbaşına yazılmırlar.

  • Son nəticədə ierarxik cəmiyyət ancaq səfalət və cahillik üzərində qurulur.
  • Statistika öz ilkin halında da dəyişdirilmiş halında olduğu kimi uydurmadan başqa bir şey deyil.
  • Telekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox vertolyot, daha çox kitab, daha çox körpə olmuşdu – xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı.
  • Təkcə iş rahatlıq gətirirdi – iş başında hərdən on dəqiqəliyə hər şeyi unutmaq olurdu.
  • Təsdiq rəsmiyyət, amma işgəncələr həqiqi idi.
  • Və haradasa, naməlum bir yerdə, keçmişin bir hissəsini saxlamaq, o biri hissəsini saxtalaşdırmaq və üçüncü hissəni isə yerli-dibli məhv etmək lazım olduğuna qərar verən, siyasi xətti cızan idarəçi beyin anonim şəkildə mövcud idi.
  • Yenilməz instinkt onları asılmış vəzyiyyətdə, günbəgün, həftədən həftəyə gələcəksiz bugünlərini çəkib sürüməyə vadar edirdi. Hava tükənməyincə ağ ciyərlər növbəti nəfəsi özünə çəkdiyi kimi…

İstinadlar

[redaktə]