Qay Yuli Sezar

Vikisitat saytından
Qay Yuli Sezar

Yuli Sezar (e.ə. 106-43) roma dövlət xadimi natiq və yazıçısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

C. Iulii Caesaris quae extant, 1678
  • Adətən, insanlar arzu etdikləri şeylərə inanmaq istəyirlər.
  • Anilik cəsarətlini də qorxudar.

B[redaktə]

  • Bir dəfə büdrəməyin bəs edər ki, əvvəl əldə etdiklərindən də çox itirəsən.
  • Bir məğlubiyyətin gətirdiyini heç bir qələbə gətirə bilməz.
  • Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur.
  • Böyük işlərə fikirləşmədən başlamaq lazımdır. Əks halda, çətin olduğunu görüb geri çəkiləcəksən.
  • Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qorxudan, dəhşətdən maarifdən, elmdən istifadə etməklə xilas olmaq olar.

D[redaktə]

  • Dahi əməlləri həyata keçirmək lazımdır, sonsuza qədər düşünüb-daşınmaq yox.

E[redaktə]

  • Elə yaşa ki, öləndə tanışların kədərlənsin.
  • Eyforiya, xoşbəxtlik və harmoniyasız mümkün olmayan sevginin əsas atributu qarşılıqlı sevgidir ki, onun da çatışmamazlığını bəzən əvəz etmək mümkün olmur.

Ə[redaktə]

  • Əgər düşmən gizlənmək üçün ağla batmayan yer seçibsə, deməli o böyükdür!
  • Əgər rəqiblərdə qələbə çalacaq biri olsaydı, bu gün qələbə onların ola bilərdi.
  • Ən böyük düşmən ən az axtardığınız yerdə gizlənir.

G[redaktə]

Gəldim, gördüm, qalib gəldim.
  • Gəldim, gördüm, qalib gəldim.
  • Gəmi sükançısı sualtı daşlardan ehtiyat etdiyi kimi, natiq də artıq sözlər işlətməkdən çəkinməlidir.

H[redaktə]

  • Hakimiyyət həddini aşmaq olar, bu isə məğlubiyyətdir.
  • Hakimiyyətdən sadə istifadə ediləndə o qalib gəlir və güclənir.
  • Heç kim gözlənilməzlikdən qorxmamaq qədər cəsur deyil.
  • Hər kəs öz taleyinin yolçusudur.
  • Hökmdarı birinci yerdən ikinci yerə, ikinci yerdən isə sonuncu yerə itələmək bir o qədər də asan deyil.
  • Hörüklü qarını daima gözləmək ölümü gözləməkdən də betərdir.

X[redaktə]

  • Xalq müdrikliyi deyir: bir pillə aşağı enmiş hökmdar tezliklə ən aşağı pillədə olacaq.
  • Xəyanəti sevirəm, xəyanətkarları isə yox.

İ[redaktə]

  • İnsan beyninin sərhədini genişləndirməkdən böyük qələbə ola bilməz.
  • İnsanları çox asanlıqla istənilən şeyə inandırmaq olar, xüsusi ilə də onlar bunu istəyirlərsə.

K[redaktə]

  • Könüllü olaraq dərhal ölümə getmək, uzun müddət cəhənnəm əzablarına, cansıxıcı ağrılara, cinayətkar talenin daimi iztirablarına və mərhumiyyətlərinə dözməkdən daha asandır.
  • Könüllü olaraq ölümə gedəni səbirlə ağrıya dözən insanı tapmaqdan daha asandır.

Q[redaktə]

  • Qaliblər və aşiqlər xəstələnmirlər.
  • Qələbə legionların şücaətindən asılıdır.
  • Qəti addım atılıb.
  • Qonağın xətrinə dəymək olmaz.
  • Qoy nifrət etsinlər, amma qorxsunlar.

M[redaktə]

  • Mən elə istəyərdim ki, bütün insanların bir başı olsun və mən bu başı vura bilim.
  • Mən Romada ikinci adam olmaqdansa, kasıb bir şəhərdə birinci olmağı üstün tutardım.
  • Mən satqınlara nifrət edir, eyni zamanda onlardan faydalanıram.
  • Mən təbiət ölçülərinə görə də, şöhrət ölçülərinə görə də çox yaşadım.
  • Mənim arvadıma hətta şübhənin kölgəsi də düşməməlidir.
  • Müharibə, istilaçıya istila edilmişlərə istənilən şərti diktə etməyə ixtiyar verir.

Ö[redaktə]

  • Ölümü gözləməkdənsə, dərhal ölmək daha yaxşıdır.
  • Özgə tərbiyəsizliyini ifşa edənin özü nəzakətliliyin nümunəsi ola bilməz.
  • Özgəsinin tərbiyəsizliyi nümunəvi və nəzakətli insan üçün söhbətin əsas mövzusu ola bilməz.

P[redaktə]

  • Parçala və hökm elə. (Divide et impera)
  • Püşk atılmışdır! (Alea iacta est)

R[redaktə]

  • Romada ikinci olmaqdansa, burada birinci olmaq daha yaxşıdır. - İspaniyaya gedən yolda Qalliyanın kasıb şəhərinin yanından keçərkən (e.ə.58) (Plutarx, "Sezar", 11)

S[redaktə]

  • Silah və qanunlar bir-biri ilə yola getmir.
  • Sülh istəyirsinizsə döyüşə hazır olun.

T[redaktə]

  • Təbiətimizə xas olan belə bir qüsur var: görünməz, gizli və naməlum şeylər bizdə həm böyük inam, həm də güclü qorxu hissi yaradır.
  • Təcrübə hər şeyin müəllimidir.
  • Tərbiyəsizliyi barmaqla göstərmə. Bu ədəbsizlikdir!

Z[redaktə]

  • Zor gücünə özünə yol açmaq.

İstinadlar[redaktə]