Herodot
Görünüş
Herodot | |||
Doğum tarixi | e.ə. 484 | ||
Doğum yeri | Halikarnas, Halikarnas, Halikarnas mavzoleyi | ||
Vəfat tarixi | e.ə. 425 | ||
Vəfat yeri | Thurii | ||
|
Herodot (E.ə. 484 — E.ə. 425) — qədim yunan tarixçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acıma predmeti olmaqdansa, həsəd aparılma predmeti olmaq daha yaxşıdır.
- Adətən, hərəkət etməyi qərara alan insanlar uğur qazanırlar. Əksinə, hər şeyi ölçüb biçən və ləng hərəkət edən insanlar nadir halda uğur qazanırlar.
- Adətən insanlar yuxuda gün ərzində nə düşündüklərini görürlər.
- Allah ildırımı ən uca evlərə və ağaclara salır.
B
[redaktə]- Bədbəxtliyi bədbəxtliklə düzəltmə.
- Böhtan ona görə dəhşətlidir ki, onun haqsızlığının qurbanı bir nəfər, bu haqsızlığın səbəbkarı böhtanı yayan, o biri böhtana inanan iki nəfərdir.
- Böyük xətalar üçün Allahın verdiyi cəzalar da böyük olur.
C
[redaktə]- Cəsarətli insan bir şeyi həll edəndə qorxu hiss etməli, bütün təsadüfləri ölçüb biçməli, amma onları icra edərkən cəsur olmalıdır.
Ç
[redaktə]- Çarın gücü insan gücünü üstələyir, əlləru isə qamarlayıcı olur.
E
[redaktə]- Elə bir düşüncəsiz adam yoxdur ki, müharibəni sülhdən üstün tutsun. Sülh vaxtı oğullar atalarını, müharibədə isə atalar oğullarını dəfn edirlər.
Ə
[redaktə]- Əgər bütün insanlar öz günahlarını və qüsurlarını bazara çıxarsaydılar, qonşusunun qüsurunu görüb öz qüsurlarını çox həvəslə evlərinə aparardılar.
- Əgər dünyanın bütün xalqlarına ən yaxşı adət və ənənələri seçmək hüququ verilsəydi, hər bir xalq onları diqqətlə araşdırıb öz adət və ənənələrini seçərdi.
- Əgər əks fikirlər söylənilmirsə, o zaman ən yaxşı fikri seçmək mümkün deyil.
F
[redaktə]- Farslar çoxdur, amma onlar arasında əsl insanlar azdır.
- Farslar üçün yalan danışmaqdan və borca düşməkdən rüsvayçı heç nə yoxdur. Farslara görə, borca düşməyin bir çox səbəbləri ilə yanaşı, borclunun yalan danışmağa məcbur olmasıdır.
H
[redaktə]- Hüquq hər şeyin kralıdır.
İ
[redaktə]- İnsan böyüdükcə ruhu gücü də artır, yaşa dolduqca ruhu da qocalır və artıq böyük işlər görməyə qabiliyyəti olmur.
- İnsan hələ ölməyincə onu xoşbəxt, ən yaxşısı isə bəxtəvər adlandırmaqdan çəkinin (Solona aid edilmişdir.)
- İnsanlar gördüklərindən çox eşitdiklərinə inanırlar.
- İnsanlar qulaqlarına gözlərindən daha çox inanırlar.
- İnsanları şəraiti yox, şərait insanları idarə edir.
K
[redaktə]- Kiçik varlıqlar ilahidə həsəd hissi oyatmırlar.
Q
[redaktə]- Qadınlar geyimlə birlikdə abırlarını da çıxarırlar.
- Qədimdən insanlar arasında müdrik və gözəl kəlamlar mövcuddur və biz onlardan öyrənməliyik.
M
[redaktə]- Mənim fikrimcə, Allahlar haqqında bütün insanlar eyni dərəcədə az bilir.
- Misir Nil çayının hədiyyəsidir.
O
[redaktə]- Oxatan oxunu lazım olanda atır, lazım olmayanda isə atmır və kamanı boşaldır. Çünki, kaman daima dartılmış olsa, sınar. İnsan təbiəti də eyni cürdür.Əgər insan həmişə ciddi işlərlə məşğul olub əyləncəni, zarafatı özünə rəva görməzsə, o sonda ya dəli, ya da iflic olardı.
S
[redaktə]- Söylənilənləri xəbər vermək mənim borcumdur, amma hər şeyə inanmağa borclu deyiləm.
T
[redaktə]- Taleyin hökmündən hətta Allah da qaça bilmir.
- "Tarix"in "Dinclik şəraitində oğullar ataları, müharibə şəraitində atalar oğulları dəfn edirlər"
Z
[redaktə]- Zülmkarın təkəbbüründən xilas olub qaragüruh camaatın təsiri altına düşmək yolverilməzdir. Zülmkar nələr törətdiyinii bilir, camaat isə yox.