Düşüncə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır. Ziqmund Freyd
- Aforizm düşüncələr zəncirinin halqasıdır. Oxucudan bu zənciri öz imkanları ilə yenidən qurmağı tələb edir. Aforizm bir ehtimaldır. — Yaxud Heraklitin bildiyi kimi ehtiyat tədbiridir. Aforizm həzz almaq istəyirsə, başqa materiallarla (nümunələr, izahatlar, hekayələr) təmasda olmalıdır. Çoxları bunu başa düşmür və bu səbəbdən risksiz nəyin riskli olduğunu ifadə etmək olar. Fridrix Nitsşe
- Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur. Muhəmməd Qəzzali
- Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
- Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq. Viktor Hüqo
- Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
B[redaktə]
- Başların sayı qədər düşüncə növü olduğu kimi, qəlblərin sayı qədər də sevgi növü vardır. Lev Tolstoy
- Beyindəki kiçik çalxalanmaları düşüncə deyə xarakterizə etmək nə qəribə bir imtiyazdır. Devid Yum
- Bəzən səmada qara buludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən ağ buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən. Oşo
- Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli - gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar. Fridrix Nitsşe
- Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlananda qayıdacaq. Uilyam Qoldinq
- Biricik bir sözdür və bir sözün altında düşünüləcək bir şey olmalıdır, bir söz düşüncə ehtiva etməlidir. Halbuki biricik düşüncəsiz bir sözdür, düşüncə ehtiva etməz. Maks Ştirner
- Biz bütün işığa sahibik, tək bir şey edilməlidir; düşüncələri praktikaya tökmək. Albert Payk
- Biz düşüncələrimizi çox vaxt çiyinlərimizdə daşıyırıq. Əhməd Hamdi Tanpınar
- Böyük həqiqət, düşüncə və sənətdir. Əhməd Hamdi Tanpınar
- Böyük siyasət-böyük işlərə tətbiq edilə bilən sağlam düşüncə kimidir. Napoleon Bonapart
C[redaktə]
- Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir. Mişel de Monten
D[redaktə]
- Daha sadə düşüncə çox vaxt Allahın dəyərli hədiyyəsidir. Konrad Adenauer
- Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. Əbu Turxan
- Düşüncə azadlığı bütün pisliklərin anasıdır. Benito Mussolini
- Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk
- Düşüncə ilə davranış arasında məsafə yoxdur. Uinston Çörçill
- Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur. Viktor Hüqo
- Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. Karl Marks
- Düşüncəsi, ürəyi, iradəsi bir olan-istədiyi zirvəni fəth eyləyər hər zaman. Abay Kunanbayev
- Düşüncəsiz təhsil hədər zəhmətdir. Konfutsi
- Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, küləşli kəndimə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür.[1] Vladimir Koralenko
- Düşüncələrimizi zorla başqalarına qəbul etdirmək həm faydasız, həm də günüh işdir. Adolf Klauber
E[redaktə]
- Elm deyə, məntiq deyə, ağıl deyə bir şey var; təcrübə ilə təsdiqlənən düşüncə var. Bir də Kaliforniya deyə bir şey var. Edvard Abi
- Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[2] Ziqmund Freyd
F[redaktə]
- Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir. Epiktet
- Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir. Georq Vilhelm Fridrix Hegel
G[redaktə]
- Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal. Viktor Hüqo
H[redaktə]
- Harada düşüncə varsa, orada qüdrət var. Viktor Hüqo
İ[redaktə]
- İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. Napoleon Bonapart
- İnsanın əvvəl axır öyrəşə bilməyəcəyi bir düşüncə yoxdur. Alber Kamyu
- İnsanlıq tarixi düşüncə tarixidir. Corc Herbert
M[redaktə]
- Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. Albert Eynşteyn
S[redaktə]
- Sağlam bir düşüncə olmadan, heç bir böyük ixtira edilməmişdir. İsaak Nyuton
- Sağlam yaşamaq üçün sağlam düşüncə gərəkdir. Tomas Karleyl
- Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə. Nizami Gəncəvi
T[redaktə]
- Tarixdə olduğu kimi elmdə də müəyyən inkişaf mərhələsi öz dahisini tələb edir. Müəyyən inkişaf dövrü, müvafiq düşüncə tərzinə malik insanlar tələb edir. Pyotr Kapitsa
- Təcrübə düşüncənin, düşüncə isə hərəkətlərimizin övladıdır. Ralf Uold Emerson
- Təcrübə göstərir ki, sınaqdan keçirilməmiş, dəlillə müdafiə edilməmiş düşüncə, bütün qəbul etdiyimiz həqiqətlərin əsasını təşkil etsə də, həqiqətin təminatçısı deyil. Bertran Rassel
- Tərbiyə ağılın müəllimi, düşüncə isə rəhbəridir. İohann Lavater
- Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir. Mişel de Monten
İstinadlar[redaktə]
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015