Baş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağılsız baş əlindən səfil ayaq nələr çəkər. Türk atalar sözləri
- Ağılsız baş sahibinə qaz güddürər. Türk atalar sözləri
- Artıq aş - ya qarın ağrıdar, ya baş. Azərbaycan atalar sözləri/A
- Artıq tamah daş yarar, daş qayıdar baş yarar. Azərbaycan atalar sözləri/A
- Artıq tikə baş yarar. Azərbaycan atalar sözləri/A
- Ayaqlar baş olanda, başlar ayaq altında qalar. Əli
B
[redaktə]- Baş - börk üçün deyil, bilik üçündür. Tatar atalar sözləri
- Baş dilə dedi; "Nə qədər ki, sən mənim qonşumsan, mənə rahatlıq yoxdur". Kürd atalar sözləri
- Baş düşünməsəydi ayaq getməzdi. Rus atalar sözləri
- Baş həmişə ürəyə aldanır. Fransua de Laroşfuko
- Baş namərd əlindədir; nə kəsər, nə bağışlar. Azərbaycan atalar sözləri/B
- Baş olsun, papaq nə çox. Fars atalar sözləri
- Baş olsun, papağı Bağdaddan gətirərlər. Assuri atalar sözləri
- Baş onun, daş bunun, mənimki görməməkdir. Azərbaycan atalar sözləri/B
- Baş sağ olsun, papaq tapılar. Azərbaycan atalar sözləri/B
- Baş yoxsa, şlyapa da lazım deyil. Alman atalar sözləri
- Başa ağıl gərəkdir, ağıla da baş. Udmurt atalar sözləri
- Başa dil gətirəni, el gətirə bilməz. Azərbaycan atalar sözləri/B
- Başa düş, başımı yar. Azərbaycan atalar sözləri/B
- Başa gələn dildən gələr. Azərbaycan atalar sözləri/B
- Başı sındırmaqdansa, ayağı sındırmaq yaxşıdır. Alman atalar sözləri
- Başıaşağı olmaq qızların yaraşığıdır. Rus atalar sözləri
- Başım öndədir bu aralar. Günahkar olduğuma görə deyil! Görülməyə layiq heç bir şey qalmadığından. Cezmi Ərsöz
- Başımı sındır, məzənnəni sındırma. Azərbaycan atalar sözləri/B
- Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin qoz yarıb. Azərbaycan atalar sözləri/B
- Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?! Azərbaycan atalar sözləri/B
- Başına dartır - ayağına çatmır, ayağına dartır - başına çatmır. Tatar atalar sözləri
- Başına daş da salsan uca yerdən sal. Azərbaycan atalar sözləri/B
- Başını aslanın ağzına salarsan, bir gün onu qoparsa şikayət edə bilmərsən. Aqata Kristi
- Başını daşa vurma; vursan da baş yarılar. Tatar atalar sözləri
- Başını itirən tel üçün ağlamaz. Azərbaycan atalar sözləri/B
- Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz. Azərbaycan atalar sözləri/B
- Başını sərin, mədəni yüngül, ayağını isti saxla. Rus atalar sözləri
- Başısoyuq oğuldan kor qız yaxşıdır. Kürd atalar sözləri
- Başlı başın saxlasın, mən başımdan bezaram. Azərbaycan atalar sözləri/B
- Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
- Bir bədəndə iki baş olmadığı kimi bir ürəkdə də iki eşq yaşamaz. Əhvədi
C
[redaktə]- “Can” deyənə “can” deyinən mərdana,
Baş qoyanın, qoy yolunda başa baş. Aşıq Ələsgər
Ç
[redaktə]- Çox tanınan adamın baş ağrıları da çox olar. Malayal atalar sözləri
D
[redaktə]- Dadlı söz - can arzusu, dadsız söz - baş ağrısı. Azərbaycan atalar sözləri/D
- Dağın ucalığı daş ilə, adamın ucalığı baş ilə. Özbək atalar sözləri
E
[redaktə]- Eyni yastığa baş qoymaq, eyni yuxunu görmək demək deyil. Çin atalar sözləri
Ə
[redaktə]- Əcəl gəldi, baş ağrısı bəhanə. Azərbaycan atalar sözləri/Ə
H
[redaktə]- Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Axırıncı aşırım (film, 1971)
K
[redaktə]- Kiçicik daş - yara baş. Türkmən atalar sözləri
Q
[redaktə]- Qıfılsız dil baş ağrıdar. Ləzgi atalar sözləri
O
[redaktə]- Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir. Uilyam Qoldinq
Ş
[redaktə]- Şirin söz baş gicəldər. Malayal atalar sözləri