Məzmuna keç

İohann Lavater

İohann Kaspar Lavater

İohann Kaspar Lavater (Sürix, 15 Noyabr 1741 - 2 Yanvar 1801), Alman dilli İsveçrəli Protestant yazıçı, filosof və ilahiyyatçı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı olmaq istəyirsinizsə, ağıllı şəkildə soruşmağı, diqqətlə dinləməyi, sakitcə cavab verməyi və başqa bir şey qalmayanda susmağı öyrənin.
  • Mirası birisilə bölüşdürməli olana qədər onu yaxşı tanıdığını söyləmə.
  • Cəmiyyət nadir hallarda iki dəfə bağışlayar.
  • Çoxlarına səbəbsiz olaraq nifrət edirik və onları sevmək üçün möhkəm səbəblər axtarırıq.
  • Ən məkrli hiylələr pis ürəyi örtmək üçün çox qısa və cırıq paltardır.
  • Ən yaxşısını ən pisdən öyrən, amma ən pisini yaxşıdan öyrənmə.
  • Əsl ehtiyaclarımız nə qədər azdır və istəklərimiz nə qədər böyükdür.
  • Əzablarınız çoxaldıqca onları daşımaq gücü də artır.
  • Hədiyyə verən insanın xarakteri, hədiyyələrin özünün dəyərindən çox, hədiyyələrin təqdim edilmə tərzi ilə daha yaxşı müəyyən edilir.
  • Hər hansı bir sahədə ən yaxşı müəllim təcrübədir.
  • Hər şey haqqında yalnız yaxşı danışan bir insana, hər şeyi pis danışan bir insana güvənməyin, amma heç bir şeylə maraqlanmayan bir insana inanmayın.
  • Xeyir iş görməyənlər başqalarının xeyir işlərindən zövq almazlar.
  • iki adam uzun illər dostluq edəndə onların təkcə xasiyyətləri deyil, səsləri də bir-birinə oxşamağa başlayır.
  • İnsan arzularının sonu yoxdur. Ağlı başında olan insan gerçəkləşməyəcək arzulara bel bağlamaz. [1]
  • Nə olmadığınızı, nəyin olmadığını, nəyi bilmədiyinizi və edə bilməyəcəyinizi düşünməzdən əvvəl nə olduğunuza və nəyə sahib olduğunuza və nəyə qadir olduğunuza və bildiyinizə baxın.
  • Onunla mirası bölüşməyincə, başqasını tam tanımadığınızı deməyin.
  • Özümüzə diqqətlə baxsaq, böyük bir gücə sahib olduğumuzu, lakin bunun fərqində olmadığımızı görərik.
  • Səhv olduğumuzu etiraf etmək, bu gün dünəndən daha ağıllı olduğumuzu qəbul etməkdir.
  • Tərbiyə ağılın müəllimi, düşüncə isə rəhbəridir.[2]

İstinadlar

[redaktə]
  1. Aforizmlər. Bakı, 2013. səh.15
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014