Tərbiyə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlın qiyməti yoxdur, tərbiyənin həddi. Adıgey atalar sözləri
- Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. Demokrit
B[redaktə]
- Bir uşağı tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. Deni Didro
- Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq. Klod Adrian Helvetsi
- Biz çalışmalıyıq ki gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər. Heydər Əliyev
H[redaktə]
- Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miraz qoya bilməz. Məhəmməd peyğəmbər
- Həqiqət hər yerdə, xüsusilə tərbiyədə vacib şərtdir. Lev Tolstoy
İ[redaktə]
- İncəsənət gəncliyə tərbiyə, qocalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir. Fridrix Şiller
M[redaktə]
- Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. (Əbdüllfəttah Şahin)
- Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır. (“Fyüzat” jurnalından)
Ö[redaktə]
- Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin ki, həmin gözəl tərbiyə nəticəsində bağışlanasınız. Məhəmməd peyğəmbər
P[redaktə]
- Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [1] Con Lokk
- Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. Yan Komenski
T[redaktə]
- Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir. Namiq Kamal
- Tərbiyə ağılın müəllimi, düşüncə isə rəhbəridir. (İohann Lavater)
- Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. Mustafa Kamal Atatürk
- Tərbiyə də ancaq elmin gücü ilə olur. Nəriman Nərimanov
- Tərbiyə hər şeyə qadirdir. Klod Adrian Helvetsi
- Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərində siğinacaq yeridir. Demokrit
- Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. Viktor Hüqo
- Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır. Cüzeppe Madzini
- Tərbiyə vermək yuxudan oyatmaq deməkdir. (Qotlib Teodor Hippel)
- Tərbiyəli adam vəzifəcə özündən aşağıdakılarla təkəbbürsüz, özündən yuxarıdakılarla isə hörmətlə və sərbəst danışmağı bacarır. (Filip Dormer Çesterfrild)
- Tərbiyənin qayəsi insanlarda olan qabiliyyətləri inkikaf etdirməkdir. Platon
- Tərbiyəsiz istedada heyf. Sədi
U[redaktə]
- Uşağa yaradan yox, tərbiyə verən atadır. [2] Menandr
- Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq. Jan Jak Russo
Ü[redaktə]
- Ümmətin rəhnüması tərbiyədir, millətin pişvası tərbiyədir. (Mirzə Ələkbər Sabir)
Y[redaktə]
- Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. Höte