Füyuzat jurnalı

Vikisitat saytından
Jump to navigation Jump to search
Wikipedia logo
Füyuzat (jurnal) haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır, orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır.
  • Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır.
  • Ana hər cür fəzilətin, tərbiyənin beşiyi, ailə ocağının səadət keşikçisidir.
  • Ana şəfqət abidəsi, ata ədalət nümunəsi, ana sevgi qəhrəmanı, ata iftixar məqamı, ana şəfqət təlimçisi, ata iffət təlimçisi, ana qəlb, ata beyin, ana bağça, ata bağban, ana torpaq, ata su, ana günəş, ata isə nurdur. Ata və ana bir bədəndə bir ürək kimidir.
  • Analar bəşəriyyətin əxlaq zəmanətçiləri, ruh və mənəviyyat qurucularıdır.
  • Atdığın böhtan, ləkələdiyin insanlar, dil uzatdığın kişi, qadın, mənəvi zərbəni fikirləşmədən yazdıqların cəm olub, tufan olub, bəla olub üstünə gələcək.

Ə[redaktə]

  • Ədalət - haqqın təsəllisi, zülmün tənəzzülü, bəşər ruhunun feyz mənbəyi, insanlığın ən çox istədiyi və ən çox da uzaqlaşdırıldığı dəyərdir.
  • Ədəbiyyatımız milli ruhu və milli düşüncəni amal etməli, millətə aid məsələləri kiçik də olsa insanlıq səmasında bir göy qurşağı halına gətirməlidir.

G[redaktə]

  • Gecənin gündüzə, qışın yaza, torpağın suya və bədənin başa nə qədər ehtiyacı varsa, millətin də mənəviyyata o qədər ehtiyacı var.
  • Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür.
  • Gözəllik birdir, ondan çıxan cilvələr isə saysız-hesabsız. Dəniz də birdir, lakin dalğaları minlərlə.
  • Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır.

İ[redaktə]

  • İnsan düşünən, axtaran, yeni üfüqlərə çatmaq sevdası ilə səmanın və zamanın hər parçasından bir mərifət dərsi alan şəxsdir.

K[redaktə]

  • Kainat bir beşik, zaman isə onun ipidir.

L[redaktə]

  • Layla ilə vücuda yerləşən, hafizəyə yazılan, məndə mənim olub bütövləşən, mərhəmət dilim, şəfqət dilim, qeyrət dilim, şücaət dilim - Ana dilim! Milli varlığımın tərənnüm dili, vətən dilim - Ana dilim.

M[redaktə]

  • Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır.
  • Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır.
  • Məsuliyyət - həyata dərinlik qazandıran, idrak səviyyəsini sonsuzluğa götürən və bəşəri həqiqətlərin sadəcə zahiri qismiylə məşğul olmasından daha çox, mahiyyətini yaşadan səmavi dəyərdir.
  • Millətin ruhu dövlətin qüdrətinin ifadəsidir.
  • Müəllim - hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ona həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir.

O[redaktə]

  • Qxu! Ancaq oxuduğun ayağını yerə, başını yüksəliyə, qəlbini ülviyyətə bağlasın. [1]

S[redaktə]

  • Sevgi könül dərmanı, insan ruhunun qidasıdır.
  • Sevginin döyərək açmadığı qapı, gedərək çatmadığı hədəf, baxaraq oxşamadığı qəlb yoxdur.

Ş[redaktə]

  • Şüarımız "Sevgi, yardım və mərhəmət" olsun!

T[redaktə]

  • Toxunmayın bu günümüzü var edən dünənimizə.

Ü[redaktə]

  • Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir. O bu yolçuluğa çıxarkən həm qəlbi, həm əqli, həm dəduyğuları saflaşdırır. O uzağı yaxın edən dəyər, yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir.

V[redaktə]

  • Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir.
  • Vətən hər bir insanın mənsub olduğu millətin, yaşadığı məmləkətin hər tərəfi, hər guşəsi, hər bucağı və məmləkət içindəki varlıqların bütünüdür.
  • Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir.

Y[redaktə]

  • Yüksəlməyin yolu sevmək və sevilməkdədir.

Z[redaktə]

  • Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır.

Mənbə[redaktə]

  • "Füyuzat" jurnalı, 1906-1907
  • "Füyuzat" jurnalı, 1907-1909

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.330.