Məktəb

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

Mündəricat

B[redaktə]

  • Bir məktəb açan bir həbsxana bağlayar. Viktor Hüqo
  • Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər. Mustafa Kamal Atatürk
  • Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Heydər Əliyev

D[redaktə]

  • Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünya görüşünü tamamilə dəyişdirə bilərik. Həsən bəy Zərdabi
  • Dünyanın böyük adamları, məktəblərinin ən böyük şagirdləri deyildi. Çox vaxt ən böyük məktəbləri bitirənlər də həyatın böyük adamları olmamışlar. Avraam Linkoln

H[redaktə]

  • Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin. Mark Tven

İ[redaktə]

  • İncəsənət nümunələrini, şah əsərlərini uyğun olmayan vaxtda eşitməkdən və dinləməkdən böyük səhv yoxdur. Məhz bir çoxları üçün Şekspir ona görə yox oldu ki, onu orta məktəbdə keçdilər. Aqata Kristi

K[redaktə]

  • Kiçikliyində, məktəb illərində yoldaşları tez-tez Napolyonun boyu balaca olduğu üçün ələ salardılar. Napoleon Bonapart

Q[redaktə]

  • Qızlarım belə mənim antik olduğumu düşünür. Ancaq hər səhər hamıdan qabaq oyanıb onları məktəbə göndərən yenə də mənəm. Vudi Allen
  • Qoy olmasın məzar daşımız, bir məktəb bağçasına basdırsınlar bizi, uşaqlar qaçışsın üstümüzdə... Əziz Nesin

M[redaktə]

  • Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır. Füyuzat jurnalı
  • Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. Mustafa Kamal Atatürk
  • Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir... Heydər Əliyev
  • Məktəb sayəsində, məktəbin verəcəyi elm və fənn sayəsindədir ki, Türk milləti, Türk sənəti, Türk iqtisadiyyatı, Türk şeir və ədəbiyyatı bütün gözəllikləriylə inkişaf edər. Mustafa Kamal Atatürk
  • Məktəb təhsilin sonu yox, başlanğıcıdır. Lord Broham
  • Məktəbdə oxuduqları ilə kifayətlənənlər yalnız tərbiyəçiləri ilə danışa bilən uşaqlara bənzər. Volter
  • Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Heydər Əliyev
  • Məktəblər basdırılmış gəncliyin həbsxanalarıdır. Mişel de Monten
  • Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Əbdüllfəttah Şahin
  • Məktəbləri olan bir millətin gələcəyi əmniyyətli və təhlükəsizdir. Otto fon Bismark
  • Məktəblərin ən bəhrəlisi çətinlik məktəbidir. Samuel Smayls
  • Mən rədd edilmiş, itilib qaxılmış bir uşaq olmasaydım böyük ehtimalla bir rok ulduzuna çevrilib, bu duyğunu cəmiyyətə yönəltmək istəməzdim. Xristian məktəbinə getməmiş olsaydım bu qədər reaksiya göstərib bu gün inandığım şeylər mövzusunda bu qədər açıq fikirli olmaya bilərdim. Bunlar bu gün mənim səhnədəki performansıma çox qəti xəttlərlə təsir etdi. Marilyn Manson
  • Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. Heydər Əliyev

T[redaktə]

  • Təcrübə məktəbində təhsil ödənişi yüksəkdir; amma ağılsızlara bir şeylər öyrədə bilən başqa məktəb də yoxdur (J. Svift)
  • Təcrübə, məktəblərin ən yaxşı inkişaf etmişidir. O məktəbdə axmaqlar belə nə isə öyrənərlər. Bencamin Franklin
  • Təhsil, insanın məktəbdə öyrəndiyi hər şeyi unutduğunda geriyə qalandır. Albert Eynşteyn

Y[redaktə]

  • Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. Corc Herbert