Yan Komenski

Vikisitat saytından
Jump to navigation Jump to search

Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağacın kökü nə qədər dərin olsa, o qədər çox budaq atar.

G[redaktə]

  • Gənclik yaşında əldə edilmiş hər şey möhkəm və davamlı olur.

X[redaktə]

  • Xoşbəxt o məktəb ki, qeyrətlə oxumağı və yaxşılıq etməyi, daha da şövqlə ən yaxşısını və ən qeyrətlə ən yaxşısını öyrədir.

K[redaktə]

  • Kamil insan öz kökü üzərində dayanan , öz rütubəti ilə qidalanan , daim böyüyən, getdikcə güclənən, yaşıllaşan, çiçəklənən, meyvə verən ağacdır.
  • Kim ki, başqalarını öyrədir, o həm də özü təhsil alır, təkcə ona görə yox ki, təkrar etməklə öz biliyini möhkəmləndirir, həm də ona görə ki, fənni daha dərindən öyrənmək imkanı əldə edir.

M[redaktə]

  • Məktəblərdə əxlaqı real şəkildə tanıtmaq sənətinin düzgün qurulmasına, məktəblərin, necə deyərlər, “insanların emalatxanasına” çevrilməsinə maksimum diqqət yetirilməlidir.

O[redaktə]

  • O günü, o saatı bədbəxt say ki,yeni bir şey öyrənməmişsən və öz təhsilinə heç nə əlavə etməmisən.

Ö[redaktə]

  • Öz peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəslənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylardan axıdılan sularla deyil, məktəblinin şüurunda gizlənmiş idrak bulağını açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətində gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır.

P[redaktə]

  • Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur.

T[redaktə]

  • Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar. Belə bir millətlə əl-ələ vermək, yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir.

Y[redaktə]

  • Yeni bir şey öyrənmədiyiniz və təhsilinizə heç nə əlavə etmədiyiniz günü uğursuz hesab edin.
  • Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyə etsək, onlar dahi olaraq böyüyərlər.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.