Anton Makarenko
Anton Makarenko (1888, Belopolye, Suma uyezdi, Xarkov quberniyası, Rusiya İmperiyası — 1 aprel 1939, Qolisino stansiyası, Moskva vilayəti) — SSRİ pedaqoqu və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ailə həyata dolğunluq gətirir, xoşbəxtlik gətirir. Lakin hər bir ailə, xüsusən cəmiyyət həyatına hər şeydən əvvəl dövlət əhəmiyyətli böyük iş kimi daxil olmuşdur.
B[redaktə]
- Böyük iradə yalnız bir şeyi arzulayıb, ona nail olmağı bacarmaqdan ibarət deyil, həm də lazım gəldikdə özünü bir şeydən çəkindirməyi, məcbur etməyi bacarmaqdan ibarətdir.
E[redaktə]
- Elə etmək lazımdır ki, sizin sifətiniz, gözləriniz, səsiniz bəzi hallarda müstəqil olsun. Pedaqoq həmişə üzdən şən görünməlidir.
Ə[redaktə]
- Əgər ailə quran təşkilatçı istedadlıdırsa, belə ailədə məhəbbət möhkəm olacaqdır.
İ[redaktə]
- İnsanı həyatda yaşadan onun sabahkı fərəhli günüdür.
Q[redaktə]
- Qarşılıqlı hörmət olmadan heç bir dostluq mümkün deyildir.
M[redaktə]
- Mən əsl usta o zaman oldum ki, “Bura gəl” kəlməsini 15-20 səs tonu çaları ilə ifadə etməyi öyrəndim.
N[redaktə]
- Nə üçün biz texniki institutlarda materialların müqavimətini öyrənirik, pedaqoji institutlarda isə şəxsiyyətin müqavimətini (onu tərbiyə etməyə başlayanda) öyrənmirik?[1]
R[redaktə]
- Riskdən imtina etmək, yaradıcılıqdan imtina etməkdir.
S[redaktə]
- Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir.
U[redaktə]
- Uşaqlar cəmiyyətin canlı qüvvəsidir.
- Uşağı düzgün və normal tərbiyə etmək işindən çox asandır.
Xarici keçidlər[redaktə]
|
İstinadlar[redaktə]
- ↑ Xəzinə.Bakı,1997. səh.341