Vasili Suxomlinski
Jump to navigation
Jump to search
Vasili Aleksandroviç Suxomlinski (1918-1970) -Sosialist Əməyi Qəhrəmanı, Ukraynalı yazıçı, sovet pedaqoqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaqlar və gönüqalınlar günahın əzabını hiss etməzlər.
B[redaktə]
- Başqalarının qayğısını çəkə-çəkə ömrü başa vuranlar ən gözəl, ən xoşbəxt insanlardır.
Ə[redaktə]
- Əgər sən özünü bir işə məcbur edə bilmirsənsə və özünə tələbkarlıqla yanaşa bilmirsənsə, başının üstündə yüz müəllim də dursa əlindən bir şey gəlməyəcək.
- Əgər sənin uşaqlarını pisləyirlərsə, deməli, sənin haqqında da pis danışırlar.
- Ən çətin iş gündəlik, çoxillik əməyə mərdliklə qatlaşmaqdır. Özün üçün mərdliyin idealını tap və onu dönə-dönə izlə.
F[redaktə]
- Fikirsiz, qiraətsiz, zehni gərginliksiz keçən gün boş yerə yaşanmış gündür.
X[redaktə]
- Xudpəsəndlik məhəbbəti zəhərləyən dəhşətli qüsurdur.
İ[redaktə]
- İradəsizliyin ən xırda əlamətlərini - şıltaqlığı, incikliyi, çılğınlığı, xəstə xudpəsəndliyi öz daxilində boğ. Onların toxumlarından fərdiyyətçilik törəyir.
K[redaktə]
- Keçmişi olmayanın gələcəyi ola bilməz.
Q[redaktə]
- Qadına münasibət - namusun, vicdanın, təmizliyin, nəcibliyin çox incə ölçü cihazıdır.
- Qadının müdrikliyi və dəyanəti kişiyə namusluluq tərbiyə edir.
- Qızı qadın kimi sevməzdən əvvəl, onu insan kimi sev.
M[redaktə]
- Məhəbbət qızğın hissdir, lakin ağıl, düşüncə bu hissin anası olmalıdır.
N[redaktə]
- Nəcib hislər - vicdanın ən sədaqətli keşikçisidir.
- Nikah nəinki mənəvi ittifaq, həm də maddi bünövrədir.
Ö[redaktə]
- Özünə vurulmuş adam əsl məhəbbətlə sevə bilməz.
P[redaktə]
- Pisliklə barışmaq mənəviyyatsız adama çevrilmək deməkdir.
U[redaktə]
- Uşaqların əsas tərbiyə məktəbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005.