Kiçik
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. Paulo Koelyo
B[redaktə]
- Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da. Merilin Monro
- Beyindəki kiçik çalxalanmaları düşüncə deyə xarakterizə etmək nə qəribə bir imtiyazdır. Devid Yum
- Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
- Bir dəfə kiçik bir çaya dənizdən bəhs etdim. Çay mənim şişirtməyi sevən xəyalpərəst olduğumu düşündü. Və bir dəfə də dənizə kiçik çaydan danışdım. Dəniz mənim hər şeyi kiçik görən yalançı olduğumu düşündü. Cübran Xəlil Cübran
- Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır deməkdir. Konfutsi
- Biz, əvvəllər kiçik şeylərlə xoşbəxt olan insanlardıq. Sonra ağılımıza sevda deyə bir şey saldılar, özümüzü toplaya bilmədik. Yılmaz Güney
- Böyük adam böyüklüyünü kiçik adama hərəkətləri ilə göstərər. Oldos Haksli
- Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur. Edqar Allan Po
- Böyük anbar, kiçik ölçəklə dolmaz. Bolqar atalar sözləri
- Böyük araba haradan keçsə, kiçik araba da oradan keçəcək. Özbək atalar sözləri
- Böyük danışanda kiçik danışmaz. Azərbaycan atalar sözləri/B
- Böyük danışanı kiçik götürər. Azərbaycan atalar sözləri/B
- Böyük insanlar həyatın mənasını özündə, kiçik adamlar isə özgələrində axtarır. Konfutsi
- Böyük işə başlarkən kiçik nöqsanlara baxma. Yapon atalar sözləri
- Böyük müvəffəqiyyət çoxlu kiçik narazılıqlar da doğurur. Yapon atalar sözləri
- Böyük tökəni kiçik yığar. Azərbaycan atalar sözləri/B
- Böyük uğur sahibləri kiçik işləri dəqiqliklə yerinə yetirməkdə səbr edən insanlardır. Fridrix Şiller
- Bütün dünyaya qorxu gətirmək istəyən, hər prezidentin öz kiçik müharibəsinin olduğu siyasət arxada qalmalıdır. Mixail Qorbaçov
Ç[redaktə]
- Çaylar, göllər və kiçik çaylar - bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir. Məhəmməd Əli
D[redaktə]
- Dünya kiçik, insanlar qardaş. Barış Manço
Ə[redaktə]
- Ərə getmək gələndə böyük bacı olur, ev süpürmək gələndə kiçik bacı. Azərbaycan atalar sözləri/Ə
G[redaktə]
- Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda
H[redaktə]
- Həddsiz kiçik insanlar həddsiz təkəbbürlü olurlar. Volter
- Hətta kiçik nöqsanınla da barışmaz ol. Baltazar Qrasian
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
İ[redaktə]
- İnqilab hərəkatina 82 adamla başladım. Əgər bunu təkrar etmək məcburiyyətində qalsaydım yanıma 10 ya da 15 sadiq insan alardım. Əgər sadiq isəniz və hərəkət planınız varsa nə qədər kiçik olduğunuzun heç bir əhəmiyyəti yoxdur. Fidel Kastro
- İnsanlar, kiçik tanrıdırlar. Qotfrid Leybnis
K[redaktə]
- Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir.[1] İbn Sina
- Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. Əbu Turxan
- Kiçik bacı ağıllı da olsa, kiçikliyində qalar, böyük bacı səfeh olsa da - böyüklüyündə.Vyetnam atalar sözləri
- Kiçik bacı yıxılır - böyük bacı kömək edib qaldırır; iş düşür, böyük yıxılır - kiçiyi ona gülür. Vyetnam atalar sözləri
- Kiçik bir həqiqət, böyük bir yalandan yaxşıdır. Leonardo da Vinçi
- Kiçik çayların səs-küyü bərk olar. Alman atalar sözləri
- Kiçik işlərlə məşğul olanlar çox vaxt böyük işlər görə bilmirlər. Bencamin Franklin
- Kiçik işlərlə məşğul olsanız, böyük işlərdə uğur qazana bilmərsiniz. Konfutsi
- Kiçik itlər yadlara necə hürsə, birliklər də böyük adamlara elə hürər. Seneka
- Kiçik qazanclar sərvət gətirər. Yamayka atalar sözləri
- Kiçik nöqsanlar böyük səhvlərə aparır. Seneka
- Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar. Alman atalar sözləri
- Kiçik olmayan yerdə böyük də olmaz. Azərbaycan atalar sözləri/K
- Kiçik sular, böyük balıqlara görə deyil. Cəlal Xosrovşahi
- Kiçik şeylərə həddən artıq əhəmiyyət verənlər-əlindən böyük iş gəlməyənlərdir. Platon
- Kiçik üstünlüklərin arxasından qaçarkən böyük müvəffəqiyyətləri qaçıra bilərsiniz. Konfutsi
- Kiçik yaxşılıqları unutma, kiçik səhvləri unut. Çin atalar sözləri
- Kiçikdən başlayıb, böyükdə qurtararlar. Alman atalar sözləri
- Kiçiklər ot kimidir, böyüklər isə külək: külək nə istiqamətə əsərsə, otlar da o istiqamətə əyilər. Konfutsi
Q[redaktə]
- Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər. Bencamin Franklin
M[redaktə]
- Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın. Abbasqulu ağa Bakıxanov
- Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
N[redaktə]
- Nəyisə gerçək ölçülərinə bərabər böyük çəkin. Kiçik şəkillərdə bütün böyük zəifliklər asan gizlənər. Böyüklərdə isə ən kiçik zəifliklər belə asan görülər. Leon Battista Alberti
O[redaktə]
- Osmanlı Dövləti çox böyük idi və geridə idi, Türkiyə daha kiçik və irəlidə olacaq. Cahid Arf
S[redaktə]
- Sənin şöhrətin sənin kölgən kimidir - o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən isə kiçik olur. Qotlip Teodor Hippel
T[redaktə]
- Tənbəllik ölümün kiçik qardaşı, səfillik isə həyatın böyük düşmənidir. Namiq Kamal
- Ticarətdə əhatə dairəsinin böyük ya da kiçik olması vacib deyil, əsas amillərdən biri etibardır. Abdulbari Gözəl
- Türklərin əsilzadəliyini göstərən digər hisslər, yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şürkranlıq duyğusu, ölənlərinə qarşı minnətdarlıq və şükranlıq duyğusu. Böyük nəzakətlə edilən qonaqpərvərlik adətləri, heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz. Edmondo de Amikis
Ü[redaktə]
- Üzüyün kiçik olmasına görə barmağını kəsən olubmu? Malayal atalar sözləri
Y[redaktə]
- Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda
İstinadlar[redaktə]
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014