Məhəmməd Əli

Vikisitat saytından
Jump to navigation Jump to search
Məhəmməd Əli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bir çox qara insanın başı dərddədir. Amma onlar azad olmadıqca mən də azad ola bilmərəm.
  • Bir həyatımız var, yaxında keçmişdə qalacaq. Yalnız Allah üçün etdiklərimiz sonsuza qədər qalacaq.
  • Böyük bir çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Elə olmasan belə, elə imişsən kimi davranmalısan.
  • Bu da sadə bir işdir. Otlar böyüyər, quşlar uçar, dəniz dalğalanar. Mən də insanları döyərəm.

Ç[redaktə]

  • Çaylar, göllər və kiçik çaylar - bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir.
  • Çempionlar salonlardan çıxmaz. Çempionlar içlərində ehtiras, xəyal və məqsəd olan insanlardan çıxar.
  • Çətinliklər məni əsla qorxuda bilməz, çünki mən imkansıza heyranam.

E[redaktə]

  • Evdə yaxşı bir insanam, amma dünyanın bunu bilməyini istəmərəm. Çünki, anladığım qədərilə təvazökar insanların qabağı çox da açıq olmur.

Ə[redaktə]

  • 50 yaşına çatdığında həyatı 20 yaşında gördüyü kimi görən biri, 30 ilini məhv etmiş deməkdir.

H[redaktə]

  • Hər gün son günün imiş kimi yaşa, çünki bir gün həqiqətən elə olacaq.

X[redaktə]

  • Xəyal gücü olmayan insanın qanadları yoxdur. Ağlım kəsirsə və ürəyim inanırsa bacara bilərəm.

İ[redaktə]

  • İdmanda uğur çalşmaqdan əlavə istəməklə olur.
  • İki zənci adamın döyüşünü bir çox ağ adamın izləməsinə boks deyilir.

K[redaktə]

  • Kaş ki insanlar hər kəsi məni sevdikləri kimi sevsəydilər. Dünya çox daha gözəl bir yer olardı.
  • Kəpənək kimi uçaram, arı kimi soxaram.

M[redaktə]

  • Mən boksun Elvisiyəm.
  • Mən siqaret çəkmirəm, lakin hər zaman kibrit qutusunu cibimdə daşıyıram. Nə vaxt günah etsəm, bir kibrit yandırıb əlimi onun oduna yaxınlaşdıraram və öz-özümə deyərəm: "Əli, sən bu kiçik oda dözə bilmirsən, Cəhənnəm alovuna necə dözəcəksən..?”
  • Mən istərdim ki, insanlar məni sevdikləri kimi bir-birilərini də sevsinlər. Həyat onda gözəl olardı.
  • Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət - dünyada ən gülünc şeydir.
  • Mən Allahdan var-dövlət istədim, o mənə müsəlmanlığı verdi.
  • Mənim qədər möhtəşəm bir insan olduğunuz zaman sıradan bir insan olmaq çətindir.
  • Mümkünsüz, özlərinə verilən dünyanın içində yaşamağı, onu dəyişdirmək üçün lazım olan enerjini kəşf etməkdən daha asan hesab edən insanların ortaya attığı böyük bir sözcükdür.

O[redaktə]

  • O qədər sürətliyəm ki, otağımda işiğı söndürməyə qalxdığımda, işıq sönmədən oturduğum yerə qayıda bilirəm.

R[redaktə]

  • Risk altına girəcək qədər cəsur olmayan biri həyatda heç bir şey bacara bilməz.

S[redaktə]

  • Sənə mane olan aşmaq gərəkən hündür dağlar deyil ayağının altında qalan xırda daşlardır.
  • Səni məhv edən, önündəki dırmanılacaq dağlar deyil, ayaqqabındakı çınqıl daşıdır.
  • Susmaq - qızıldır, verilən suala layiq cavab tapmayana qədər.

T[redaktə]

  • Tək edə biləcəyim şey doğruluq və dürüstlük üçün savaşmaq. Heç kimin həyatın xilas edə bilmərəm. Superman bir fantastika xarakteri daşıyır, amma mən gerçəyəm.

Y[redaktə]

  • Yaxşı bir cavab ağlına gəlməyənə qədər susmaq qızıldır.
  • Yuxularınızı gerçəkləşdirməyin ən yaxşı yolu yuxudan oyanmaqdır.

Məhəmməd Əli haqda sitatlar[redaktə]

İstinadlar[redaktə]

Vikianbarda Məhəmməd Əli ilə əlaqəli mediafayllar var.