Elvis Presli
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935, Tyüpelo, Missisipi ştatı – 16 avqust 1977, Qreyslend, Tennessi) — amerikalı müğənni və aktyor.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlımda çox şey var. Yəni hər şeydən xəbərdar olmağa, ağlımı itirməməyə çalışıram. Həyatda çox diqqətli olmaq lazımdır. Ağlını itirmək çox asandır.
- Allaha inanmaq kilsədə dua etməkdən daha vacibdir.
B[redaktə]
- Barmaq izləri qiymətli əşyalar kimidir - getdiyiniz hər yerdədir.
- Birini ən pis keyfiyyətinə görə mühakimə etmək okeanın gücünü tək bir dalğa ilə qiymətləndirməyə bənzəyir.
D[redaktə]
- Dünya davamlı eyni orbitdə dönər, amma günlər həmişə fərqlidir.
G[redaktə]
- Gəlin bu gecəni yadda qalan gecəyə çevirək.
H[redaktə]
- Həqiqət günəş kimidir. Siz onu bir müddət bağlaya bilərsiniz, amma sönməyəcək.
X[redaktə]
- Xatırlamağa dəyər bir şey edin.
İ[redaktə]
- İmic başqa şeydir, insan başqa şeydir... obraza görə yaşamaq çox çətindir.
K[redaktə]
- Keçmişi unudaq , gələcək qarşımızda parlaq görünür.
M[redaktə]
- Mənim həyat fəlsəfəm sadədir: mən kimisə sevməli, nəyisə gözləməli və nəsə etməliyəm.
- Mənim səsim Allahın iradəsidir, mənim yox.
- Mənim üçün dünyada ən gözəl şey anası kimi gözəl görünən uşaqdır.
- Musiqi xarici və ya daxili olaraq sizi hərəkətə gətirən bir şey olmalıdır.
- Müğənnilər gəlib-gedir, amma yaxşı aktyor uzun müddət yaşaya bilər.
Ö[redaktə]
- Ömrümdə çox erkən öyrəndim ki, mahnısız gün bitməz, mahnısız insanın dostu ola bilməz, mahnısız həyat yolu ona tabe olmaz. Ona görə də mən mahnılar oxumağa davam edəcəyəm
P[redaktə]
- Pis bir filmə baxmaqdan daha pis olan yeganə şey filmdə rol almaqdır.
S[redaktə]
- Sən bu həyatdan yalnız bir dəfə keçirsən, geri qayıtmırsan.
Ş[redaktə]
- Şou-biznesə girəndə həyatınız artıq sizin deyil, çünki insanlar nə etdiyinizi, harada yaşadığınızı, nə geyindiyinizi, nə yediyinizi bilmək istəyirlər - və siz o insanların istəkləri ilə hesablaşmalısınız.
U[redaktə]
- Uşaqlar həyatda ən vacib şeydir. Valideynlər uşaqlara ailə hissi bəxş etmək üçün əllərindən gələni etməlidirlər
Y[redaktə]
- Yalnız siz bu dünyanı daha parlaq edə bilərsiniz.