Abdulbari Gözəl
Jump to navigation
Jump to search
Abdulbari Gözəl (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin prezidenti.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Azərbaycanın çox istedadlı insanları var, çünki Azərbaycanda elmi və mədəni olaraq çox böyük zənginlik və dərinlik vardır.
C[redaktə]
- Cahilliyi təhsillə, yoxsulluğu işləməklə, anlaşılmazlıqları güzəştlə aradan qaldıra bilərik.
Ə[redaktə]
- Əgər insan, başqalarının dərdini hiss etmirsə, deməli insanlıqdan ona pay düşməyib.
İ[redaktə]
- İnamla çalışan insan bir gün mütləq uğur qazanacaqdır.
- İş həyatında insanın bir məqsədi, bir hədəfi olmalıdır və mənəviyyatını itirməməlidir.
K[redaktə]
- Keyfiyyət insanın beynində olmalıdır.
M[redaktə]
- Mən də 150 min nar ağacı əkmişəm. Deyirlər bu qədər ağacı neyləyirsən? –Dedim ki, “əkiblər yemişik, əkəcəyəm ki, yesinlər”. Bu da bir fəlsəfədir.
- Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil.... Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm.
T[redaktə]
- Təhsilin yüksəlməsi həm mədəniyyətin, həm də insanların rifahının yüksəlməsi deməkdir.
- Ticarətdə əhatə dairəsinin böyük ya da kiçik olması vacib deyil əsas amillərdən biri etibardır.
V[redaktə]
- Veriləcək heç bir şey təhsil qədər əhəmiyyətli və dəyərli deyildir.