Məzmuna keç

Abdolbari Gozal

Abdolbari Gozal
Doğum tarixi 23 avqust 1949
Doğum yeri Maku
Vəfat tarixi 18 yanvar 2025
Vəfat yeri Dubay
Dəfn yeri Dubay
Vikipediya məqaləsi

Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin prezidenti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycanın çox istedadlı insanları var, çünki Azərbaycanda elmi və mədəni olaraq çox böyük zənginlik və dərinlik vardır.
  • Cahilliyi təhsillə, yoxsulluğu işləməklə, anlaşılmazlıqları güzəştlə aradan qaldıra bilərik.
  • Əgər insan, başqalarının dərdini hiss etmirsə, deməli insanlıqdan ona pay düşməyib.
  • İnamla çalışan insan bir gün mütləq uğur qazanacaqdır.
  • İş həyatında insanın bir məqsədi, bir hədəfi olmalıdır və mənəviyyatını itirməməlidir.
  • Keyfiyyət insanın beynində olmalıdır.
  • Mən də 150 min nar ağacı əkmişəm. Deyirlər bu qədər ağacı neyləyirsən? –Dedim ki, "əkiblər yemişik, əkəcəyəm ki, yesinlər". Bu da bir fəlsəfədir.
  • Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil…. Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm.
  • Təhsilin yüksəlməsi həm mədəniyyətin, həm də insanların rifahının yüksəlməsi deməkdir.
  • Ticarətdə əhatə dairəsinin böyük ya da kiçik olması vacib deyil əsas amillərdən biri etibardır.
  • Veriləcək heç bir şey təhsil qədər əhəmiyyətli və dəyərli deyildir.

İstinadlar

[redaktə]