Şübhə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı insanlar özlərini həyəcana qapdırmazlar: fəzilətli olanlar şübhə içində olmazlar; cəsur olanlar heç bir şeydən qorxmazlar... Konfutsi
- Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir. Bertran Rassel
- Ağlımda maraq, şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu. İmmanuel Kant
- Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar. Mark Tven
- Allaha şübhə etmək, ona inanmamaq deməkdir. Onore de Balzak
- Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
- Ancaq az şey bildiyimiz zaman məlumatımızdan əmin ola bilərik. Şübhə, məlumat artdıqca artar. Yohann Volfqanq Göte
B[redaktə]
- Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
- Bir adama şübhə eləməmiş yeddi dəfə yoxla. Yapon atalar sözləri
- Bir nəfərdən şübhələnirsənsə onu işə götürmə, işə götürürsənsə ondan şübhələnmə. Çin atalar sözləri
- Bütün sahib olduğumuz məlumatın təcrübə ilə başladığına şübhə yoxdur. İmmanuel Kant
D[redaktə]
- Dünyada elə bir bilik varmı ki, heç bir ağıl sahibi ona şübhə etməsin? Bertran Rassel
- Dünyanın bütün problemi, axmaqlar və fanatiklər bu qədər özündən əminkən, ağıllı insanların şübhələrlə dolu olmasıdır. Bertran Rassel
- Dünyanın harasında olursa olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm! Ernesto Çe Gevara
E[redaktə]
- Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Karl Saqan
- Elm və incəsənət öz mənşələrinə görə bizim qüsurlarımıza borcludurlar. Əgər onlar öz mənşələri ilə bizim fəzilətlərə borclu olsaydılar, onların üstünlüklərinə az şübhə edərdik... Əgər insan ədalətsizliyi olmasaydı, hüquq bizə nə üçün lazım olardı? Jan Jak Russo
- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd
Ə[redaktə]
- Əgər həqiqəti həqiqətən bilmək istəyirsənsə, həyatında bir dəfə olsun bütün şeylər haqqında şübhə et. Rene Dekart
G[redaktə]
- Gerçəyi axtaranlara güvən və onların tapdıqlarından şübhə et. Andre Jid
M[redaktə]
- Müdriklik üçün tək açar davamlı sual soruşmaqdır. Şübhə edərək bir araşdırmaya başlayırıq. Araşdırmaqla da doğruya çatırıq. Piter Abelard
N[redaktə]
- Nə Manu, nə Platon, nə Konfutsi, nə də yəhudi və xristian alimləri heç vaxt özlərinin yalan demək hüquqları olduğuna şübhə etməmişlər. Onlar digər başqa hüquqlarından da bol-bol istifadə etmişlər… Bunu belə bir düsturla ifadə etmək olar: Bəşəriyyətin indiyə qədər insanların əxlaq tərbiyəsində istifadə etdikləri vasitələr kökündən qeyri-əxlaqi olmuşdur. Fridrix Nitsşe
Ö[redaktə]
- Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur. Cəvahirləl Nehru
- Özündən şübhə etməyən sənətçi, bir yerə çata bilməz. Leonardo da Vinçi
S[redaktə]
- Sevgi - bu nə vərdiş, nə güzəşt, nə də şübhə deyil. Bu romantik musiqinin bizə öyrətdiyi deyil. Sevgi-var... Dəqiqləşdirilməyə və təyin edilməyə ehtiyacı yoxdur. Sev və soruşma. Sadəcə sev. Paulo Koelyo
Ş[redaktə]
- Şübhə deyil, qətilikdir insanı dəli edən. Fridrix Nitsşe
- Şübhə dostluğun xərçəngidir. Françesko Petrarka
- Şübhə elmin atasıdır. Qalileo Qaliley
- Şübhə etməyən həqiqəti tapa bilməz. Əbu Hamid əl-Qəzali
- Şübhə insanı rahat qoymaz, amma çox bəladan qurtarar. Türk atalar sözləri
- Şübhə qızdırmalı xəstəyə bənzər - yatmaz, yata bilməz, yatmağa qoymaz, yox, əgər yatsa, qorxulu yuxu görər. [2] Cənab Şəhabəddin
- Şübhələr dərdin üstünə dərd gətirər. Aleksandr Düma