Məzmuna keç

Andre Gid

(Andre Jid səhifəsindən yönləndirilmişdir)
Andre Gid
Doğum tarixi 22 noyabr 1869
Doğum yeri Paris
Vəfat tarixi 19 fevral 1951
Vəfat yeri Paris
Dəfn yeri Q98382676
Vikipediya məqaləsi

Andre Gid (1869–1951) — Fransa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı larueatı (1947).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açılmamış qanadların böyüklüyü bilinməz.
  • Axmaq görünməyə çalışmaq ən böyük ağıllıqlıqdır.
  • Arzular, heçmi yorulmayacaqsınız.
  • Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın o etsin, siz etməyin.
  • Bir xalqı mədəniləşdirmək, onlara yeni ehtiyaclar hiss etdirməkdən başqa bir şey deyil.
  • Bir şey sizi darıxdırmırsa, dərhal onun kifayət qədər dərin olmadığını düşünürsünüz.
  • Dostum, həyatı insanların sənə təqdim etdiyi kimi qəbul et. Həyatın daha yaxşı ola biləcəyinə özünüzü inandırın.
  • Düz yol heç vaxt hədəfdən başqa heç bir yerə aparmaz.
  • Ən alçaq yalanlar həqiqətə ən yaxın olanlardır.
  • Ən gözəl çiçək, ən tez solandır.
  • Gerçəyi axtaranlara güvən və onların tapdıqlarından şübhə et.
  • Gözəl bir başlanğıc yarıbayarı müvəffəqiyyət deməkdir.
  • Həqiqəti axtaranlara inanın. Onu tapanlardan şübhələnin.
  • Həqiqətin rəngi bozdur.
  • Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək: Budur yaxşılıq.
  • Hər İsveçrəli öz buzlağını içində daşıyır.
  • Hər şey ondan həzz almağı bilənlərindir.
  • Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.
  • Həyat yaşla yox, yaşamaqla anlaşılır.
  • Həyatın qanunlarından biri deyir ki, bir qapı bağlanan kimi digəri açılır. Amma bütün bəla ondan ibarətdir ki, biz bağlı qapıya baxırıq, açılan qapıya fikir vermirik.
  • Hikmət Allah qorxusunun bitdiyi yerdə başlayır.
  • Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır.
  • İnsanın həyatı, insanın xəyalıdır.
  • Mən qarşısını ala bilmədiyim şeyləri şansa bağlamağa üstünlük verirəm.
  • Müdrik adam, hər şeyə çaşan adamdır.
  • O, Platonun təsvir etdiyi Ameles bulağının suyuna bənzəyir, onu heç bir qabda saxlamaq olmaz. Hər an gətirdiyi hər şeyi əlindən ala bilər.
  • Olmadığın biri olaraq sevilməkdənsə, olduğun biri olaraq nifrət edilmək daha yaxşıdır.
  • Özü özünün xoşbəxtliyinə mane olmaqda insan fövqəladə bacarıqlıdır.
  • Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz.
  • Təcrübə məsləhətdən daha yaxşı öyrədir.
  • Yaxşı başlanğıc uğurun yarısıdır.
  • Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir.
  • Yaxşı işçilər həmişə daha yaxşısını edə biləcəklərini hiss edirlər
  • Yaşayanlardan əsirgənən dəyər ölülərə çox asan verilir.
  • Yükləndiyimiz vəzifə nə qədər zəhmətli olsa da, ruhumuzu o qədər tərbiyə edib ucaldar.[1]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 505